Süni intellekt və rəqəmsal loyallıq sistemləri investor marağının mərkəzindədir — Fuad Heydərli

Son illərdə qlobal miqyasda İT və süni intellekt (AI) sahələrinə maraq sürətlə artır.

Bizim.Media xəbər verir ki, bu barədə Finss.az-a açıqlama verən "Recepta" şirkətinin Baş direktoru Fuad Heydərli bildirib ki, texnologiya yönümlü startaplara, xüsusən də rəqəmsallaşma və innovativ həllər təklif edən platformalara investor marağı yeni səviyyəyə yüksəlib:

“Hal-hazırda İT və süni intellekt sahələrinə maraq sürətlə artır. Rəqəmsallaşma proseslərinin genişlənməsi həm lokal, həm də beynəlxalq səviyyədə innovativ texnoloji həllərə olan tələbatı əhəmiyyətli dərəcədə yüksəldib.”

Direktor qeyd edib ki, bu kontekstdə fəaliyyət göstərən SANDIQ tətbiqi müasir rəqəmsal loyallıq platforması kimi istifadəçilərə həm rahatlıq, həm də əlavə dəyər qazandırır:

“Bu kontekstdə fəaliyyət göstərən SANDIQ tətbiqi istifadəçilərə həm rahatlıq, həm də əlavə dəyər qazandıran müasir rəqəmsal loyallıq platforması kimi fərqlənir. Platforma vasitəsilə istifadəçilər bir çeklə eyni anda ƏDV-ni geri ala və lotereyada iştirak edə bilirlər.”

F.Heydərli vurğulayıb ki, SANDIQ tətbiqinin əsas fəlsəfəsi “Hər çek bir qazancdır!” prinsipinə əsaslanır:

"Hər çek bir qazancdır!" prinsipi ilə fəaliyyət göstərən SANDIQ tətbiqi, gündəlik alış-veriş vərdişlərini daha maraqlı və faydalı təcrübəyə çevirir. Sadəcə çekləri skan etməklə istifadəçilər lotereyada iştirak edə və dəyərli hədiyyələr qazana bilirlər."

O, əlavə edib ki, tətbiq yalnız loyallıq aləti deyil, həm də şəxsi maliyyə idarəçiliyini asanlaşdıran bir texnoloji vasitədir:

“Bundan əlavə, tətbiq bütün çekləri bir məkanda toplamağa, xərcləri izləməyə və şəxsi maliyyəni asanlıqla idarə etməyə imkan yaradır. Bu da istifadəçilərə həm vaxt, həm də idarəetmə baxımından üstünlük qazandırır.”

F.Heydərli qeyd edib ki, SANDIQ-un inkişaf strategiyasında istifadəçi yönümlülük və texnoloji innovasiya əsas prioritetlərdəndir:

“SANDIQ-un əsas prioritetləri:

• Bir çek – iki qazanc: Eyni zamanda ƏDV-nin geri qaytarılması və lotereyada avtomatik iştirak imkanı.

• Maliyyə rahatlığı: Bütün çeklərin arxivləşdirilməsi və xərclərin izlənməsi imkanı.

• İstifadəçi yönümlü yanaşma: Sadə interfeys və funksional imkanlarla şəxsi büdcəyə nəzarətin asanlaşdırılması.”

Şirkət rəhbərinin sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı ilə paralel olaraq, bu sahədəki startaplar da investorların diqqət mərkəzindədir:

“Texnologiyanın inkişafı ilə paralel olaraq, süni intellekt (AI) əsaslı həllər də diqqət mərkəzindədir. Avtomatlaşdırma, data analizi və generativ sistemlər kimi sahələrdə tətbiq edilən AI həlləri böyük investor marağına səbəb olur və hazırda ən çox investisiya cəlb edən istiqamətlərdən birinə çevrilib.”

Ekspertin fikrincə, AI əsaslı platformalar, data analitikası, rəqəmsal loyallıq sistemləri və maliyyə texnologiyaları yaxın illərdə həm lokal, həm də beynəlxalq bazarda prioritet startap istiqamətləri olaraq qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

End of content

No more pages to load

RADİO