Qusarda torpaq DAVASI - Şəhid bacısının ailəsinə məxsus torpağı necə ƏLƏ KEÇİRİBLƏR? – FOTO

Qusar sakini şəhid bacısı ailəsinə məxsus torpaq sahəsinin saxta yolla satıldığını iddia edir.

Qusar rayonunun Yuxarı Ləyər kənd sakini, şəhid bacısı Lətafət Balaverdi qızı Quliyeva ailələrinə məxsus 1 hektar 77 sot torpaq sahəsinin “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qaynı Hikmət Xammədov və onun əmisi oğlu, keçmiş icra nümayəndəsi Kazım Xammədov tərəfindən saxta sənədlərlə satıldığını bildirib.

“Torpağı icarəyə verdik, amma xəbərimiz olmadan satılıb”

Bizim.Media-nın yerli bürosuna bu barədə şikayətlənən Lətafət Quliyevanın sözlərinə görə, Hikmət və Kazım Xammədovlar ailələrinə məxsus torpaq sahəsini Quba rayon sakini Bahadur Mehdiyevə satıblar. O, qeyd edir ki, artıq 7 ildir bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxılmır. Bu illər ərzində 7 məhkəmə prosesi keçirilib, lakin ailə hələ də müsbət nəticə ala bilməyib.

Şikayətçinin sözlərinə görə, torpağa dair bütün sənədlər onlarda olduğundan, vergiləri də özləri ödəyirlər. Hazırda 2025-ci il 18 iyun tarixinə qədər olan vergi borcları 117 manat təşkil edir.

I Qarabağ Müharibəsi şəhidi Vahid Şahnəzərovun bacısı Lətafət Quliyevanın həyat yoldaşı Qırım Quliyev saytımıza açıqlamasında bildirib ki, ailəsinə 2000-ci ildə dövlət aktı ilə 3 hektar 38 sot torpaq sahəsi verilib. Sözügedən torpaq sahəsi 2016-cı ilin sonu – 2017-ci ilin əvvəlinə qədər onların istifadəsində olub. Həmin dövrdə ailə 1 hektar 77 sot torpaq sahəsini Kazım Xammədova icarəyə verib.

O, qeyd edir ki, bu vaxt ərzində sənədlərdə bəzi texniki səhvlərin düzəldilməsi üçün (həyat yoldaşının soyadının “Şahnəzərova” kimi, oğlunun adının isə “Tural” kimi yazılması) Qusar rayon Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət ediblər. Komitə onları məhkəməyə yönləndirib, halbuki bu səhvlər Xuray icra nümayəndəliyi vasitəsilə də aradan qaldırıla bilərdi.

“15 yaşlı qızımla alqı-satqı aparıblar”

Quliyevin sözlərinə görə, həmin dövrdə torpaq şöbəsi onların işini süni şəkildə yubadıb. Ailə icarə müqaviləsi bağladıqdan sonra məlum olub ki, torpaqları saxta alqı-satqı yolu ilə satılıb.

Qırım Quliyev bildirir ki, 2000-ci ildə torpaq sənədlərini subsidiya üçün çıxarmaq istədikdə, icarəyə verdikləri 1,77 hektar torpağın satıldığı üzə çıxıb.

Ailə araşdırma apararaq öyrənib ki, Kazım Xammədov əmisi oğlu Hikmət Xammədovla əlbir olaraq həmin torpaq sahəsini Quba rayon sakini Bahadur Mehdiyevə satıb.

Ən dəhşətli məqam isə 2017-ci ildə icarəyə verdikləri torpağın 15 yaşlı qızları Turanənin adına alqı-satqı yolu ilə satılmasıdır.

“15 yaşlı qızımla necə alqı-satqı edə biliblər? Mən atası ola-ola, nə notariusda, nə başqa dövlət orqanında olmuşam. Bu saxtakarlığı Kazım və Hikmət Xammədovlar törədiblər. Mən sadəcə torpağımı geri istəyirəm. Heç yerdə işləmirəm, ailəmi dolandırmaq çətindir. Saxtakarlığa qarşı heç bir tədbir görülmür,” – deyə Qırım Quliyev gileylənib.

“7 məhkəmə keçib, amma nəticə yoxdur”

Quliyevin sözlərinə görə, Qusar Rayon Məhkəməsi illərdir bu məsələni araşdırsa da, 7 məhkəmə prosesi nəticəsiz qalıb.

Onun dediyinə görə, yalnız 2025-ci il 9 oktyabr tarixli məhkəmə qətnaməsində sənədlərin saxta olduğu üzə çıxsa da, məhkəmə ailəyə 3 gün ərzində yenidən müraciət etməyi tövsiyə edib:

“3 günə biz necə vəkil tapaq, necə yenidən məhkəməyə müraciət edək? Bu, sadəcə bizi çıxılmaz vəziyyətə salmaqdır,” – deyə Quliyev vurğulayıb.

“Səsimizi heç kim eşitmir”

Ailənin oğlu, Vətən Müharibəsi iştirakçısı Turan Quliyev isə bildirir ki, Qusar Rayon Məhkəməsinin sədri Əli Cəlilov onların müraciətlərinə biganə yanaşır:

“Bu ədalətsizlik bizi çıxılmaz duruma salıb. Atam illərdir saxtakarlığa qarşı mübarizə aparır, amma hamı Kazım və Hikmət Xammədovu müdafiə edir. Hikmət Xammədov açıq-açıq deyir ki, arxasında Etibar Pirverdiyev dayanır. Biz sadəcə ədalət istəyirik”.

Ailənin müraciəti

Quliyevlər ailəsi ölkənin güc strukturlarının rəhbərlərindən onların torpağının saxtakarlardan geri alınaraq ailəyə qaytarılmasını xahiş edir.

Məsələ ilə bağlı Qusar Rayon Məhkəməsinə üz tutduq. Məhkəmə sədri Əli Cəlilov xidməti otağında olsa da, böyük məsləhətçi Zeynəddin Bədəlov vasitəsilə “məhkəmə qərarını verib” və jurnalistləri qəbul etməyəcək” deyə bildirib.

Hazırda Qırım Quliyev həmin qətnamədən digər instansiyalara çıxdığını deyib.

Məsələ ilə bağlı Hikmət Xammədov Bizim.Media-ya açıqlamasında iddialarla razılaşmayıb:


“Biz o torpağı notarius qaydada alqı-satqı yolu ilə almışıq. Adama deyərlər ki, bu məsələdə qeyri-qanuni iş gedibsə, bu illər ərzində həmin torpaqda niyə əkin-bişin işləri aparmamısan? Onlar iddia edirlər ki, guya torpağı bizə icarəyə veriblər. əgər icarəyə veriblərsə, icarə sənədini və ya müqaviləsini göstərsinlər. Alqı-satqı ilə o torpağı almışıq və ailə üzvlərinin hamısının imzaları var.

 

Notarius o vaxt 14 yaşında uşağın da sənədini yığırdı. İndi o uşaq böyüyüb olub 30 yaşında və atasına deyir ki, mənim torpağımı niyə satmısan? Ata da cavab verir ki, sənin torpağını satmamışam, icarəyə vermişəm. Amma notarial qaydalar var, 14 yaşı olanlar da imza atırlar. İnsanları şərləməklə pul qazanmaq istəyirlər. Hər halda bu məsələyə hüquqi çərçivədə baxılıb və məhkəmə qərarları var”.

Sözügedən iddiada adı hallanan Kazım Xammədov da şikayətçinin iddialarını əsassızz sayıb:

“Şikayət etməklə deyil ki? Məhkəmənin qərarlarından razı deyillərsə, yenə müraciət etsinlər. Rəsmi qayda-qanunla buna pul ödənilib. Onlar torpağı satıblar, notarius isə alqı-satqı edib və çıxarış edib. Torpağı mən yox, əmim oğlu Hikmət alıb. Mənim rolum sadəcə, əmim oğluna müəyyən qədər pulda köməklik etmək olub. İllər keçəndən sonra görüblər ki, torpağın qiyməti qalxıb, düşüblər əl-ayağa...Bu köhnəlmiş məsələdir və Ali Məhkəmə də artıq öz qərarını verib”, - deyə Kazım Xammədov qeyd edib.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

End of content

No more pages to load

RADİO