“Türkiyədə təhsil alan oğlum 1 aydır günahsız yerə saxlanılıb” – FOTO/VİDEO

“Oğlum Amin Elşən oğlu Əliyev Türkiyənin Eskişehir Osmangazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. O, internet üzərindən pul dəyişdirmək istəyərkən dələduzların toruna düşüb və Antalyanın Döşəməaltı “L” Tipi Cəzaevində saxlanılır”.

Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo.az”a Amin Əliyevin atası Elşən Əliyev müraciət edib.

Onun sözlərinə görə, Türkiyədə təhsil alan oğlu günahsız yerə həbs edilib:

“Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub. Biz Azərbaycandan onların kartına manatla pul göndəririk. Oğlum da universitetin illiyini ödəmək üçün internet üzərindən həmişə pul dəyişdirir, manatı dollara, dolları da lirəyə çevirir. Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u oğlum da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 8-9 nəfəri saxlayıblar”.

Elşən Əliyev iddia edib ki, hadisədən sonra həmin xarici vətəndaş - Connatan adlı şəxs qaçıb:

“Oğlumun əlində qəbzlər var, lakin həmin kağızlar, mobil telefon və bank kartları hamısı prokurorluqdadır. Pakize xanımı tapdım, onunla da danışdım. Dedi ki, oğlunuzu tanımıram, ondan şikayətçi də deyiləm. Ərizə yazdı, şikayətini geri götürdü, amma Amini buraxmırlar, deyirlər ki, araşdırma aparılır. Mənim uşağımın günahı olsa, heç məsələni ictimailəşdirmərəm, deyərəm ki, gedib cəzasını çəksin. Bütün qurumlarla əlaqə saxlamışam, lakin hələ səs-soraq yoxdur”.

O bildirib ki, övladlarının hər ikisi Eskişehirdə təhsil alır:

“Amin, həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvü olub. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Aminin imtahanları başlayır, prosesdə iştirak edə bilmir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun həbsdə uzunmüddətli saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər. Heç olmasa oğlumu həbs etməsinlər, təhsilinə davam etsin”.

Elşən Əliyev onu da qeyd edib ki, tələbə yoldaşları Aminin saxlanılmasına etiraz edərək, dəstək məqsədilə videomüraciət ediblər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

End of content

No more pages to load

RADİO