Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış YARMARKASINDA - FOTO

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar.

Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 "Gənc arıçı" ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.
 

Xocalı rayonunda fəaliyyət göstərən "Güllü Yaylaq" arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı - Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur.


Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda "Güllü Yaylaq" kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş "Kəlbəcər bal festivalı 2025"in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir.

Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

End of content

No more pages to load

RADİO