Monqolustandan gətirilən qoyun əti HARAMDIR?

Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır.
 

Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb.


2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

Statistikaya baxarkən bir məqam diqqət çəkir.

Belə ki, qoyun əti ancaq qeyri-müsəlman ölkələrindən idxal edilib. Bu da müəyyən narahatlıq yaradır. Çünki qeyri-İslam qaydasında kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, həmin ölkələrdə bu heyvanların islami qaydalara uyğun olmayan formada kəsildiyi deyilir:

“Dinimizə görə isə əti yeyilən heyvanlar qibləyə tərəf, Allahın adı ilə kəsilməlidir. Əks halda heyvan murdar, leş hesab olunur və ətinin yeyilməsi haram sayılır.
 

Tibbi yöndən də sübut olunub ki, Kəbədə güclü maqnit enerjisinin olması səbəbi ilə heyvanı kəsərkən qanda olan dəmir elementinin cazibəsi nəticəsində heyvandan qanın xaric olması sürətlənir, qan laxtaları ətdən maksimum təmizlənir.


Lakin elektrik cərəyanı ilə yaxud başqa süni yollarla heyvanı öldürərkən isə qan tam xaric olmur ki, bu da insan sağlamlığı üçün zərərlidir. İslama görə ətin pak və halal olması üçün təmiz adam tərəfindən, yönü qibləyə, Allahın adı ilə kəsilməlidir”.

“Həmin ətlərin yeyilməsi doğru deyil”

Müsahibimiz onu da qeyd edib ki, xaricdən gətirilən, dini qaydalara əməl olunmadan kəsilən heyvanların ətinin yeyilməsi həm dini, həm də tibbi cəhətdən yanlışdır:

“Buna hansı din alimi, hansı mütəxəssis rəy, fətva verib, məlum deyil. Haramı halala qatmaq olmaz. Əgər qeyri-müsəlman ölkələri ilə ət məhsulları barədə mübadilə aparılarsa, mütləq orada həmin məhsulların dini qaydalara və milli-mənəvi adətlərimizə uyğun hazırlanmalıdır.

Ətin tərkibində ciddi mikrob və bakteriyaların mövcudluğu bəzi xəstəliklərə yol aça bilir.

Gigiyenik qaydalara hansı dərəcədə riayət olunmaqla kəsilib hazırlandığı məlum olmayan bu ətlərin istifadəsi dini və sağlamlıq cəhətindən şübhəlidir. Əsasən Hindistandan, Braziliyadan və Monqolustandan gətirilən ət məhsulları əgər sağlamlıq üçün zərərlidirsə, dinimizə uyğun kəsilməyibsə ondan istifadə doğru deyil.
 

Bəzi araşdırmalara və məlumatlara görə Monqolustanda heyvanlar nəinki dini qaydalara, heç ənənəvi metodlarla da kəsilmir. Heyvanın ürəyi çıxarılaraq qanının kənara axmasına imkan verilmir. Həm heyvan işgəncə ilə ölür həm də qan ətin tərkibində qalaraq zərərli xüsusiyyət alır.


Heyvanların halal yolla, tibbi və dini qaydalara uyğun şəkildə kəsimi vacibdir”.

Bəs xaricdən ət idxal edən şirkətlərdən “Halal” sertifikatı tələb oluna bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik.

Mövzunu diqqətdə saxlayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

End of content

No more pages to load

RADİO