BİZİM TƏQVİM:6 noyabrda baş vermiş tarixi hadisələr

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin bu günündə müxtəlif intensivliklə Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində əməliyyatları davam etdirib.

Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb. Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.

Oktyabrın 6-da dünyada daha nələr olub? 

1.  6 noyabr 1860-cı ildə Abraham Linkoln  Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti seçildi. ABŞ-da köləlik Abraham Linkolnun dövründə qadağan edilib.

2.  6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır.  1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı.

Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” deyildi. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

3. 1944-cü il noyabrın 6-da ABŞ Hanford Atom Mərkəzində ilk dəfə ortaya plutonam çıxardı.

Bu plutonam Yaponiyanın Naqasaki şəhərinə atılan atom bombasının istehsalında istifadə edildi.

4. 6 noyabr Azərbaycan metro işçilərinin peşə bayramıdır. 1967-ci ilin bu günü Bakı metropoliteninin birinci növbəsinin 6 stansiyası istifadəyə verilib.

5.  Türkiyədə 12 Sentyabr Hərbi Çevrilişindən sonra xalq 1983-cü il 6 noyabr tarixində ilk dəfə seçkilərə getdi. 12 Sentyabr hökumətinin icazə verdiyi 3 partiyanın yarışdığı parlament seçkiləri böyük bir sürprizlə nəticələndi:

Turqut Özalın sədri olduğu Ana Vətən Partiyası Türkiyə Böyük Millət Məclisinə (TBMM) 211 millət vəkili çıxararaq təkbaşına iqtidarı qazandı. 

6. 6 noyabr 1985-ci ildə Kolumbiyada hökumət əleyhinə olan fəallar paytaxt Boqotadakı Ədliyyə Sarayını basdılar.

Təhlükəsizlik qüvvələri və nümayişçilər arasında baş verən qarşıdurmada, 11-i ali hakim olmaqla, 115 nəfər həyatını itirdi.

7. 6 noyabr 2005-ci ilə Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçirilib. 

8. Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü hər il noyabrın 6-da qeyd olunan beynəlxalq gündür. 

6 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tarixdə möhtəşəm olaraq tanınan Osmanlı imperatoru Qanuni Sultan Süleyman 1494-cü ilin bu günü Trabzonda dünyaya gəlib. Sultan Süleyman atası Yavuz Sultan Səlimdən sonra taxta keçən 10-cu Osmanlı padşahıdır və 46 il boyu hakimiyyətdə olub. (1494-1566) 

2.  Dünyaşöhrətli rus bəstəkarı Pyotr Çaykovski 1893-cü il 6 noyabrda Sankt-Peterburqda 53 yaşında dünyasını dəyişib. (1840-1893)

3.  Özbəkistanın tanınmış yazıçısı və dövlət xadimi Şərəf Rəşidov 1917-ci ilin bu günü dünyaya gəlib. 1959-cu ildə Özbəkistan Kommunist Partiyasının birinci katibi seçilib.

Yüksək dövlət vəzifələrində çalışmaqla yanaşı, bədii yaradıcılığını da davam etdirən, bir sıra roman, povest və publisistik əsərlərin müəllifi olan Şərəf Rəşidov Yenidənqurma dövründə haqsız hücumlara məruz qalıb, vəzifəsindən kənarlaşdırılıb, bundan bir qədər sonra isə vəfat eidb (1917-1984).

4.  6 noyabr 1931-ci ildə Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.

5. 6 noyabr 1931-ci ildə şair, nasir Tofiq Mahmud (1931- 4.4.1997) doğulub. 

6.  2009-cu ilin 6 noyabrında Xalq Yazıçısı Qılman İlkin vəfat edib (1914-2009). “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə” və digər povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini yazıb.

7.  Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərov 6 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

“Fənərbağça”nın prezidenti SAXLANILDI

“Fənərbağça”nın prezidenti SAXLANILDI

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

Şəkidə 729 abonentin qazı kəsiləcək

Şəkidə 729 abonentin qazı kəsiləcək

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

Prezidentin doğum günündən AİLƏ FOTOSU

Prezidentin doğum günündən AİLƏ FOTOSU

End of content

No more pages to load

RADİO