“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi – FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi-alim, şair, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə-belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov Mahirə Hüseynovanın həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardan biri olduğunu söyləyib:
 

“O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr verib”.


Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olub.


Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti onun çoxşaxəli fəaliyyətini tamamlayır.

“Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərlər onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirib.
 

Cəfər Cəfərov çıxışında, həmçinin Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə xüsusi diqqət çəkib. Bu baxımdan qeyd edib ki, ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənib, universitetin beynəlxalq nüfuzu artıb.


Rektor diqqətə çatdırıb ki, professorun təşəbbüsü ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu gün təkcə elmi- tədqiqat deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm missiya yerinə yetirir.


Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və başqaları professor Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun alim, pedaqoq və xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs ediblər.
 

Qeyd edilib ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir.


Onun elmi və poetik yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön plandadır.

ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Cavadov yubilyarın zəngin yaradıcılıq yolu haqqında geniş elmi məruzə edib. Məruzədə vurğulanıb ki, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə aparılan tədqiqatlar müasir filoloji fikrin formalaşmasına, ədəbiyyatın və dilin tədrisində yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Onun elmi məktəbi gənc alimlər üçün örnək sayılır.

Tədbir bədii hissə ilə davam edib.
 

Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib. O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.


Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da yubiley tədbirləri keçirilib.

























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Yol Polisindən həftəsonu səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

Yol Polisindən həftəsonu səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

16 hindistanlı tələbə İrandan Azərbaycana gətirildi – FOTO

16 hindistanlı tələbə İrandan Azərbaycana gətirildi – FOTO

Qurban Qurbanovun bu VİDEOSU marağa səbəb oldu

Qurban Qurbanovun bu VİDEOSU marağa səbəb oldu

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

Bu məhsullar BAHALAŞA BİLƏR

Bu məhsullar BAHALAŞA BİLƏR

Qəddafinin qızından İran xalqına MÜRACİƏT: “Canavarlarla danışıqlar sürünü xilas etmir...”

Qəddafinin qızından İran xalqına MÜRACİƏT: “Canavarlarla danışıqlar sürünü xilas etmir...”

“Dünyanın ən gözəl qızı” evlənir - FOTO

“Dünyanın ən gözəl qızı” evlənir - FOTO

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

"Kuruluş Orhan"da 2 ayrılıq - Fotolar

"Kuruluş Orhan"da 2 ayrılıq - Fotolar

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Gəlirli iş tapacaq BÜRCLƏR

Gəlirli iş tapacaq BÜRCLƏR

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim etdi – FOTO/VİDEO

BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim etdi – FOTO/VİDEO

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi - FOTO

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi - FOTO

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı

SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı

End of content

No more pages to load

RADİO