Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlətə qarşı açıq çağırışlarda ittiham olunan Mirədalət Talışxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Miradələt Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunur ki, Talışxanov DTX əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 32.4 və 281.2-ci maddələri (dövlət əleyhinə açıq çağırışlara təhrik etmə və eyni əməlləri təkrarən və ya qrup halında törətmə) ilə ittiham irəli sürülüb.
Məlumata görə, Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. (Apa.az)
Bizim.Media