Müxalifət, yoxsa xarici güclərin oyuncağı? – AXCP-Müsavatın bağlanmasını zəruri edən FAKTORLAR

“Müxalifət” sözünün tərifində əsas vurğu belədir: Alternativ təklif edən bir qrup və ya insan qrupu. Müxalifət nə etməlidir? Tənqid etməli, konsepsiya irəli sürməlidir. Yarandığı gündən AXCP və Müsavat partiyalarının alternativ təklifləri olubmu? Heç vaxt olmayıb. Adıçəkilən partiyaların sədrləri bunu onlardan istəyənlərə yalnız bir ifadə ilə cavab veriblər:

“Biz yalnız hakimiyyətə gələndən sonra konepsiyamızı irəli sürəcəyik.

Lakin kifayət qədər ağıllı adamlar onların bu bəyanatı fonunda təlaşa düşüblər. Çünki bu hansısa idarəyə deyil, ölkəyə rəhbərliyin seçilməsi söhbətidir. Əgər həmin konsepsiya ölkənin milli təhlükəsizliyinə təhdid xarakteri daşıyarsa, təbiii ki, ölkənin gələcəyini düşünən şəxslər təlaşa düşə bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış publisist, televiziya aparıcısı Azər Qismət sosial şəbəkə hesabında yazıb.

O, AXCP və Müsavatın bağlanmasını zəruri edən səbəbləri qeyd edib:

“Hər iki partiyanın bağlanması nəyə görə lazımdır? Əgər söhbət rüşvətxorluq və korrupsiya faktlarının qabardılmasından gedirsə, Azərbaycan Prezidentinin sərəncamı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi yaradılıb. Və bu günə qədər bu sahədə heç bir yüksək rütbəli şəxsə güzəşt edilməyib. Bu yaxınlarda daha bir əməliyyat nəticəsində daha bir rayonun icra hakimiyyətinin başçısı və məmurlar saxlanıldı.
 

Adıçəkilən partiyaların sədrləri sosial problemlərin qabardılması üçün lazımdırsa, onların əndişəsinə hacət yoxdur. Çünki sosial şəbəkə istifadəçiləri sosial problemləri qaldırırlar. İctimai nəqliyyatdan tutmuş kommunal problemlərə qədər. Üstəlik, dövlət başçısı özü dəfələrlə bildirib ki, adi sakinlər də bu işə nəzarət etməlidir.


Əgər məmur özbaşınalığını vurğulayırlarsa, bunu Prezident də dəfələrlə vurğulayıb və xəbərdarlıq edib. Üstəlik özbaşınalıq nümayiş etdirən, vətəndaşların şikayətlərinə laqeyd yanaşan məmurların vəzifədən uzaqlaşdırılması barədə sərəncamlar da imzalayıb.

Bəs, partiya sədrləri bizə harda lazım idi?

Milli maraqlara və təhlükəsizliyə təhdid yarananda apadıqları siyasətdən tutmuş verdikləri bəyanatlara qədər dövlətin yanında olmalı, fəaliyyət planı paralel aparılmalı idi. Lakin nə gördük? 44 günlük müharibə vaxtı yalnız AXCP və Müsavat hökumətə dəstək nümayiş etdirmədi.
 

AXCP sədri 44 günlük müharibədən əvvəl Azərbaycan ordusunun qələbə qazanmağa hazır, yaxud qadir olmadığını vurğulamaqla, haqq işinə zərbə vurmağa cəhd etdi, ümidsizlik yaratmaq istədi. No War-çıların bir ucu gedib həmin partiyalara çıxdı. Müharibə istəməmək birbaşa xaricdən, xüsusən Fransa tərəfindən gələn təlimatlara uyğun hazırlanırdı. Yaxud, bu illər ərzində nə vaxtsa görmüsünüzmü, ölkəmizə səfər edən beynəlxalq nümayəndələr qarşısında Xocalı soyqırımından tutmuş ümumilikdə Qarabağ münaqişəsinin həllinə qədər məsələ qaldırsınlar, bu işin ədalətli həlli üçün tələblər irəli sürsünlər? Heç vaxt olmayıb.


Ümummilli lider Heydər Əliyevin rəhbərlik illərində, İlham Əliyevin prezidentliyi dönəmində də adıçəkilən partiyaların sədası Fransa, ABŞ səfirliklərindən çıxıb. Kəşfiyyatçı attaşelər nə qərar veribsə (təbii ki, hökumətlərinin tapşırığı ilə), üstündən neçə gün keçər-keçməz xüsusən bu iki partiyanın sədrləri yeni aksiyanın təşkili barədə anons veriblər. Aksiyaların təşkili hakimiyyətə güc nümayişi, yaxud ədalətli işindən geri çəkdirmək cəhdi idi.

Bunun adı nədir? Xəyanətkarlıq, üstəlik milli təhlükəsizliyə təhdid.

Çünki işğal altında olan torpaqların azad edilməsi birbaşa milli təhlükəsizlik məsələsi idi.
AXCP və Müsavat partiyalarının ləğvi ölkədə avtoritarizm anlamına gəlməməlidir. Ona qalsa, müxalifətin ideal hesab etdiyi demokratik ölkələrdə də milli təhlükəsizliyə təhdid yaradan şəxslər, yaxud partiyalar ləğv edilir. Əgər hər iki partiyanın fəaliyyəti qaranlıq və şübhəlidirsə, birbaşa xarici ölkələrin təhlükəsizlik orqanlarının təlimatlarına uyğundursa, sözsüz ki, bağlanmalıdır.

Sağlam müxalifət yaranmalıdır: Xaricin təlimatları və tapşırıqları ilə oturub-durmayan, konsepsiya təklif edən, minlərlə face profil idarə edib təhqirlər yağdırmayan, öz sözünü sağlam tənqid üzərində quran partiyalar”, - deyə Azər Qismət qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

End of content

No more pages to load

RADİO