Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dəbdəbəli villalarından biri Qəbələ rayonunda yerləşir.
Bizim.Media “sitat.info”ya istinadən xəbər verir ki, həmin villa rayonun mərkəzində, dağın ətəyində sıx meşəlikdə inşa olunub.
Onun ətrafında məmurlara məxsus bir neçə villa var. Ətrafı hündür ağaclarla hörülən villaya getmək üçün nəzarət postu qoyulub.
Həmin postdan yalnız Mehdiyevin ailə üzvləri və villalarında işləyən işçilər keçə bilər.
Vaxtilə Mehdiyevin bu villasında tez-tez görüşlər, ziyafətlər təşkil olunub. Hazırda villada xadimələr, mühafizəçilər və digər xidmətçilər var.
Daha ətraflı videoda:
Bizim.Media