Səssiz OCCRP, yoxa çıxan “araşdırmalar” – Azərbaycana qarşı gizli laboratoriyanın İFLASI

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP). Azərbaycana qarşı qərəzli iddiaları ilə tanınan təşkilat səssizliyə bürünüb, nə “araşdırmaları” var, nə də bu “araşdırmaların” altına imza atan Xədicə İsmayıl. Bu mənzərə açıq suallar yaradır:

- OCCRP-nin Xədicə İsmayılın “araşdırmaları” kimi təqdim etdiyi iddiaların qaynağı hara idi?

- Bu “araşdırmalar” harada hazırlanırdı?

- Nə baş verdi ki, “araşdırmalar” dayandı?

- Bəs, Xədicə İsmayıl niyə yeni “araşdırma” aparmır?

Bu suallara cavab axtarışı ilk növbədə OCCRP kölgəsində gizlənən qüvvəyə baxmaq zərurəti yaradır. Təşkilat özünü “müstəqil və obyektiv” elan etsə də, onun yaradılması və hədəfləri izi ABŞ kəşfiyyatına qədər aparır.

OCCRP rəsmi saytında 2007-ci ildə BMT-nin Demokratiya Fondunun qrantı ilə yaradıldığı qeyd olunsa da, faktlar fərqli nəticəni ortaya çıxarır: həmin tarixdə BMT qrantı OCCRP-yə yox, fərqli təşkilata ayırıb. OCCRP isə 2008-ci ildə ABŞ Dövlət Departamentinin “İNL” kimi tanınan Beynəlxalq Narkotiklər və Hüquq-Mühafizə İşləri Bürosunun ayırdığı 1 milyon dollar vəsaitlə fəaliyyətə başlayıb. “İNL” xəttindən maliyyə mənbəyinin gizlədilməsi məqsədilə istifadə edildiyi görünür, çünki OCCRP-nin əsas nəzarətçisi USAİD olub.

USAİD rəsmisi Meq Qaydosik də təsdiq edir ki, o, OCCRP üçün həm daxili maliyyə vəsaitinin ayrılmasına nail olub, həm də daha böyük qrant layihələri ala bilməsini təşkil edib. USAİD-in rəhbəri olmuş Samanta Pauer (erməni lobbisinin əsas üzvlərindən olan Pauer Azərbaycana qarşı hücumları ilə məşhurdur) isə 2021-ci ildə “Müstəqil Media və Demokratiyanın inkişafı” adlı tədbirdə çıxışı zamanı OCCRP-ni ABŞ hökumətinin əsas tərəfdaşı adlandırmışdı.
 

OCCRP-nin yaradılması “zərurəti”nin kökləri Filippinə qədər gedib çıxır. 2001-ci ildə Filippin Araşdırma Jurnalistika Mərkəzi (PCİJ) həmin vaxt ölkənin prezidenti Cozef Estradanın “korrupsiya əməlləri” haqda araşdırma apardı, nəticədə kütləvi aksiyalar başladı və dövlət çevrilişi baş tutdu. Millətçi mövqeyə malik olan Cozef Estrada ABŞ-a “düşmən münasibət” sərgiləyirdi və Vaşinqtonun maraqları üçün təhlükə hesab olunurdu.


Çevriliş vaxtı Filippində işləmiş Dövlət Departamentinin əməkdaşı Maykl Henninq daha sonra ABŞ-ın Bosniyadakı səfirliyinə təyin olundu. Bu o vaxtlar idi ki, ABŞ postsovet məkanında təsir imkanlarını gücləndirmək və Rusiyanı sıxışdırmaq siyasətini prioritet istiqamət olaraq seçmişdi. Maykl Henninq Almaniyanın NDR ictimai teleradio şirkətinə müsahibəsində bildirirdi ki, Filippində öyrəndiklərim müstəqil araşdırma mərkəzinə ehtiyac olduğunu anlamağa imkan verdi.

OCCRP-nin yaradılması zərurəti də burada ortaya çıxır: Filippindəki təcrübədən istifadə edərək, ABŞ-ın hədəfində olan ölkələrlə bağlı “araşdırmalar” aparmaq və hökumətlərə təzyiq aləti kimi istifadə etmək;

Təşkilatın rəhbəri Drev Sallivanın (Drew Sullivan) da Maykl Henninq Filippində olduğu vaxt orada olması təsadüfi deyildi.

Məlumatlara görə, ideya müəllifi Henninq Sallivanı PCİJ-də (Filippində çevrilişi hazırlayan təşkilat) işləyən Şeila Koronel ilə əlaqələndirib və onun təcrübələri əsasında OCCRP yaradılıb. Sallivan təşkilatın maliyyəsinin “könüllü ianələr” hesabına formalaşdırdığını iddia etsə də, qaynağın USAİD olduğu məlumdur. Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin OCCRP-nin fəaliyyəti ilə bağlı birgə araşdırması da bunu isbatlayır.
 

Araşdırma faktları müəyyən edib: 2014-2023-cü illər ərzində OCCRP-nin xərclərinin 52 faizi ABŞ tərəfindən təmin edilib. Təşkilatın yarandığı 2008-ci etibarən ABŞ 47 milyon dollar vəsait ayırıb, həmçinin əlavə 12 milyon dollar ayırmaq vədini verib. Zaman-zaman Avropa ölkələrindən - Fransa, Danimarka, İsveç, Niderland, Böyük Britaniya və s. də təşkilata maliyyə axıb, lakin əsas mənbə ABŞ-dır.


OCCRP-nin missiyası ABŞ xarici siyasətinə uyğun olaraq, hədəf seçilən ölkə haqqında “araşdırma” aparmaq, həmin araşdırmanı yerli jurnalistlərin birinin imzası ilə təqdim edərək, sifarişçini və məqsədi gizlətmək olub. “Panama sənədləri”, “Pandora sənədləri”, “Suisse Secrets”, “Camaşırxana”, “Çin tütünü” kimi araşdırmaların hər birinin arxasında ABŞ-ın siyasi hədəfləri olub.

Azərbaycan OCCRP-nin “xüsusi diqqət” ayırdığı ölkələrdən biri olub. Bunun iki mümkün səbəbi olub:

Birincisi, Azərbaycanın müstəqil xarici siyasəti, xüsusilə enerji bazarında milli maraqlarına uyğun fəaliyyətini qəbul etməyən maraqlı ölkələr və qüvvələr “araşdırmaların” sifarişçisi idi.
İkincisi, erməni diasporu/lobbisi Azərbaycana qarşı “araşdırmalar”da əsas maraqlı tərəf idi:
 

OCCRP-nin maliyyə mənbəyi olan USAİD-in ermənipərəst mövqeyini gizlətməyən rəhbəri Samanta Pauer bu məsələdə əsas dəstəkçilərdən olub. Ruben Vardanyan-Amal Alamuddin Kluni (Corc Kulinin həyat yoldaşı olan erməni əsilli Amal Kulini “araşdırmalar”a imza qoyan Xədicə İsmayıl həbs olunanda ona vəkillik edirdi)-Samanta Pauer Azərbaycana qarşı şəbəkənin görünən fiqurları idi.


OCCRP-nin qondarma iddialardan ibarət olan “Azərbaycan camaşırxanası” araşdırmasının “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Bakıda yeni müqavilənin imzalanmasına hazırlıq ərəfəsində dövriyyəyə buraxılması deyilənləri təsdiq edən amillərdəndir.

Azərbaycanla bağlı “araşdırmalar”ın altındakı imza əsasən Xədicə İsmayıl olub, lakin onun bu araşdırmaları heç vaxt aparmadığı, sadəcə, imzasından istifadə edildiyi məlumdur.

a) “Araşdırmalar”da irəli sürülən iddialar və məlumatlara jurnalist çıxışının mümkün olmaması;

b) Hazırda belə “araşdırmaların” yoxa çıxması;

Bu iki detal “araşdırmalar”ın Xədicə İsmayıl tərəfindən aparılmadığını təsdiq etməyə kifayətdir.

Azərbaycanla bağlı “araşdırmalar”ın əsasən Barak Obama və Co Bayden administrasiyaları dövrünə təsadüf etməsi də diqqət çəkir. Çünki hər iki administrasiyasının dövründə ABŞ-Azərbaycan əlaqələrində Vaşinqtondan qaynaqlanan səbəblərə görə “soyuqluq” olub və rəsmi Bakıya qarşı təzyiq siyasəti yürüdülüb. OCCRP-nin Obama və Bayden-Blinken administrasiyasında, eləcə də ermənipərəst Pauerin rəhbərlik etdiyi USAİD kimi təşkilatların “laboratoriyalarında” hazırlanan, Xədicə İsmayılın imzası ilə yayımlanan “araşdırmaları” da bu təzyiq siyasətinin tərkib hissəsi idi.

Belə “araşdırmalar” niyə yoxa çıxıb?

1. Donald Tramp ABŞ-a rəhbərlik etdiyi ilk hakimiyyəti dövründə olduğu kimi, hazırda da Azərbaycanla əməkdaşlıq siyasətinə üstünlük verir;
 

2. Tramp Administrasiyası Bayden-Blinken dövründən qalan “Vaşinqton bataqlığı”nın qurudulması siyasətini həyata keçirir: nəticədə erməni lobbisinin fəaliyyəti məhdudlaşıb, eləcə də lobbi maraqlarına xidmət edən USAİD kimi təşkilatlar bağlanıb və indi nə OCCRP-nin siyasi hədəflərə hesablanmış “araşdırmalarına” ehtiyac var, nə də bu “araşdırmalara” imza qoyacaq jurnalistlərə.


Xədicə İsmayılın yeni “araşdırma” apara bilməməsi, ümumiyyətlə Azərbaycana qarşı təzyiq xarakteri daşıyan böhtanların gündəmdən düşməsi bundan qaynaqlanır. Və bir daha aydın olur ki, Azərbaycanla bağlı “araşdırmalar” Xədicə İsmayıl tərəfindən yox, OCCRP-nin bağlı olduğu “laboratoriyalar”da hazırlanırmış. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qurumda elektron xidmətlərdən istifadə müvəqqəti DAYANDIRILACAQ

Bu qurumda elektron xidmətlərdən istifadə müvəqqəti DAYANDIRILACAQ

“Çelsi”nin baş məşqçisi: “Bu, çətin oyun olacaq”

“Çelsi”nin baş məşqçisi: “Bu, çətin oyun olacaq”

DTX-nin saxladığı Talışxanova bu cəza verildi

DTX-nin saxladığı Talışxanova bu cəza verildi

SON DƏQİQƏ! Sağlam şəxslərə “əlillik dərəcəsi verən” vəzifəli şəxslər İFŞA EDİLDİ

SON DƏQİQƏ! Sağlam şəxslərə “əlillik dərəcəsi verən” vəzifəli şəxslər İFŞA EDİLDİ

5 il öncə BU GÜN – 4 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

5 il öncə BU GÜN – 4 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Buğda yüklü qatar Azərbaycandan keçib Ermənistana getdi – FOTO

Buğda yüklü qatar Azərbaycandan keçib Ermənistana getdi – FOTO

Bakıda yaşayış binasında güclü YANĞIN: Sakinlər təxliyə olundu - YENİLƏNİB

Bakıda yaşayış binasında güclü YANĞIN: Sakinlər təxliyə olundu - YENİLƏNİB

"Azəriqaz"ın direktor müavininin bacanağına AĞIR CƏZA verildi

"Azəriqaz"ın direktor müavininin bacanağına AĞIR CƏZA verildi

Balakəndə DƏHŞƏT: 50 yaşlı kişi dəstə üzvləri ilə birlikdə 17 yaşlı qızı qaçırdı – VİDEO

Balakəndə DƏHŞƏT: 50 yaşlı kişi dəstə üzvləri ilə birlikdə 17 yaşlı qızı qaçırdı – VİDEO

Ötən ay zəhərlənmədən neçə nəfər VƏFAT EDİB?

Ötən ay zəhərlənmədən neçə nəfər VƏFAT EDİB?

Rusiya ordusu Donetsk vilayətində hücuma keçdi

Rusiya ordusu Donetsk vilayətində hücuma keçdi

Yunanıstan Azərbaycana yeni səfir təyin etdi

Yunanıstan Azərbaycana yeni səfir təyin etdi

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri İlham Əliyevi TƏBRİK ETDİLƏR

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri İlham Əliyevi TƏBRİK ETDİLƏR

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? – İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? – İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

“Fiorentina” Piolini istefaya GÖNDƏRDİ

“Fiorentina” Piolini istefaya GÖNDƏRDİ

Pakistan Prezidentindən İlham Əliyevə TƏBRİK MƏKTUBU

Pakistan Prezidentindən İlham Əliyevə TƏBRİK MƏKTUBU

Əməliyyatdan sonra ölən 60 yaşlı kişi ilə bağlı prokurorluqdan AÇIQLAMA

Əməliyyatdan sonra ölən 60 yaşlı kişi ilə bağlı prokurorluqdan AÇIQLAMA

Şavkat Mirziyoyev İlham Əliyevi Özbəkistana səfərə dəvət etdi

Şavkat Mirziyoyev İlham Əliyevi Özbəkistana səfərə dəvət etdi

Rusiyalı müxalifətçi FTX ilə əməkdaşlıq etdiyini BOYNUNA ALDI

Rusiyalı müxalifətçi FTX ilə əməkdaşlıq etdiyini BOYNUNA ALDI

Prezident Azərbaycanla BƏƏ arasında Sazişi təsdiqlədi

Prezident Azərbaycanla BƏƏ arasında Sazişi təsdiqlədi

Sabah Bakının bu ərazilərində SU KƏSİLƏCƏK - Saat 08:00-dan axşamadək...

Sabah Bakının bu ərazilərində SU KƏSİLƏCƏK - Saat 08:00-dan axşamadək...

Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Bakı məktəbində İNSİDENT – Direktor əvəzi müəllimi XƏSTƏXANALIQ etdi – VİDEO

Bakı məktəbində İNSİDENT – Direktor əvəzi müəllimi XƏSTƏXANALIQ etdi – VİDEO

Azərbaycan nümayəndə heyəti Buxarestdə Heydər Əliyevin büstünü ziyarət etdi – FOTO

Azərbaycan nümayəndə heyəti Buxarestdə Heydər Əliyevin büstünü ziyarət etdi – FOTO

End of content

No more pages to load

RADİO