"İlqar Mustafayev dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul" - Bulvardakı mənimsəmə ilə bağlı MƏHKƏMƏ

Dənizkənarı Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmə prosesdə təqsirləndirilən "GİRASOL" MMC-nin direktoru Fuad Babayev idarə heyətinin sabiq sədri İlqar Mustafayev tərəfindən tenderə qoşulmasının ondan tələb edildiyini bildirib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, o, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadəsi zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dənizkənarı Bulvar İdarəsində mənimsəmə təqsirləndirilən idarə heyətinin sabiq sədri İlqar Mustafayev və digərlərinin məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib. O bildirib ki, Dənizkənarı Bulvar İdarəsində və idarənin tabeliyindəki müxtəlif idarələrdə bir sıra vəzifələrdə çalışıb:

"Əvvəl Dövlət Bayrağı Meydanının tabeliyində olan müəssisədə iqtisadçı kimi çalışmışam. 2016-cı ildən həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olunmuşam. 2018-ci ildə İlqar müəllimin köməkçisi, 2019-cu ilin sonundan etibarən isə Dənizkənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis vəzifəsində çalışmışam. İbtidai istintaq zamanı dedim ki, ittihamda göstərilənlərin mənə aidiyyatı yoxdur. Heç bir cinayət əməlində iştirakım olmayıb. Mənə nə tapşırıblarsa, icra etmişəm. Anamın İlqar müəllimin həyat yoldaşı ilə tanışlığı var idi. Bu tanışlıq vasitəsi ilə idarədə işə götürülmüşəm".

Rəşad Bədəlov bildirib ki, işlədiyi zaman maaşından əlavə vəsaitlər də alıb. Şahidin sözlərinə görə, bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib.

"Vəsaitin toplanmağı ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb. Əvvəllər əməkhaqqını iki cür, həm əl ilə, həm də kart vasitəsi ilə alırdıq. Vəsaitin haradan verilməsi ilə bağlı kimisə sorğu-sual etməyə səlahiyyətim yox idi. Mən işə qəbul olanda əməkhaqqı iki formada verilirdi, 2017-ci ildən tədricən kart vasitəsi ilə verilməyə başladı", - təqsirləndirilən bildirib.

Rəşad Bədəlov deyib ki, digər təqsirləndirilən Fuad Babayevi 2017-ci ildən tanıyıb. Onun sözlərinə görə, F.Babayev əvvəl onun köməkçisi olub.
 

Prosesdə ifadə verən digər təqsirləndirilən Fuad Babayev deyib ki, əvvəl idarənin əməkdaşı olub, sonra isə gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib:


"O, mənə dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul. Daha sonra mən də "GİRASOL" MMC-ni yaratdım".

Prokuror Fuad Babayevə ona Maraş dondurmaları və digər sahələrdən niyə pullar verildiyini soruşub:

Fuad Babayev isə deyib ki, həmin pulların ona niyə verildiyini bilməyib:

"Mənə Maraş dondurmadan və digər sahələrdən pullar verilirdi. Mən bu pulları təchizat idarəsinə, Zamin Xəlilova verirdim. Sonra tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi göstərilirdi. Türkiyədən tenderlərlə güllər gətirirdik, həmin güllərin gömrük bəyannaməsi də var. Dənizkənarı Bulvar İdarəsindən başqa digər qurumlara da güllər vermişəm. "GİRASOL" MMC ilə idarə arasında maliyyə əməliyyatları nağdsız formada olub. Vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb".

Növbəti iclas dekabrın 8-nə təyin olunub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.
 

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.


İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Avtobuslar yanvarın 1-də saat neçəyədək fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Avtobuslar yanvarın 1-də saat neçəyədək fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Bakıda yataqxana binasında YANĞIN – YENİLƏNİB

Bakıda yataqxana binasında YANĞIN – YENİLƏNİB

Prezident Türkiyə ilə imzalanan tarixi Memorandumu TƏSDİQLƏDİ

Prezident Türkiyə ilə imzalanan tarixi Memorandumu TƏSDİQLƏDİ

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Zelenskidən gözlənilməz ADDIM – Müharibəni bitirəcək qərar, yoxsa diplomatik OYUN?

Zelenskidən gözlənilməz ADDIM – Müharibəni bitirəcək qərar, yoxsa diplomatik OYUN?

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO

Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO

Təyyarə qəzasının ildönümü: Həlak olanların xatirəsi anıldı – FOTO

Təyyarə qəzasının ildönümü: Həlak olanların xatirəsi anıldı – FOTO

Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

İki avtobusun toqquşması nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

İki avtobusun toqquşması nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? – Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? – Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Ən çox təhsil krediti alan universitetlər - SİYAHI

Ən çox təhsil krediti alan universitetlər - SİYAHI

End of content

No more pages to load

RADİO