Ramil Əliyev: “Zəfərdən sonra QHT-lərin rolu danılmazdır”

8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm səhifələrdən biridir. İkinci Qarabağ müharibəsində qazanılmış bu parlaq Qələbə Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın əzmi və iradəsi, müasir ordumuzun gücü və xalq-iqtidar birliyinin təntənəsi kimi tarixə düşüb.

Bizim.Media xəbər verir ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında 8 Noyabr – Zəfər Günü ərəfəsində qeyri-hökumət təşkilatlarının (QHT) ölkədə gördüyü mühüm sosial fəaliyyətlərdən danışıb. 

Ramil Əliyev qeyd edib ki, Azərbaycan QHT-ləri Birinci Qarabağ müharibəsindən bu günə qədər şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının yanında olublar:

“Biz artıq Zəfərimizin beşinci ilini qeyd etməyə hazırlaşırıq. QHT-lər bu illər ərzində təkcə 44 günlük Vətən müharibəsindən sonra deyil, 1990-cı illərdən bəri şəhid ailələrinə və qazilərə daim mənəvi və psixoloji dəstək göstəriblər. Onların adlarının əbədiləşdirilməsi üçün filmlər çəkilib, kitablar yazılıb, tədbirlər təşkil olunub. İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi də bu istiqamətdə aktiv fəaliyyət göstərir. Biz bu günə qədər 50 qazi, 150 şəhid haqqında film və həyat hekayəsi hazırlayaraq ‘ÖndərTV’ internet televiziyasında yayımlamışıq. Məqsədimiz Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaqdır.”

Ramil Əliyev vurğulayıb ki, dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək qayğı və sosial dəstək QHT-lərin fəaliyyətini daha da gücləndirib:

“Dövlətimizin qayğısı yüksək səviyyədədir, amma QHT-lər də bu prosesdə mühüm rol oynayır. Biz sosial reabilitasiya, psixoloji dəstək və rifah layihələrini həyata keçirərək ailələrin həyat keyfiyyətinin yüksəlməsinə çalışırıq. Azərbaycan QHT-ləri Zəfərdən sonra həm sosial, həm də vətənpərvərlik istiqamətində mühüm təşəbbüslərlə çıxış ediblər.
 

O, xüsusilə ekoloji aksiyalar və ictimai etiraz təşəbbüsləri ilə Azərbaycanın haqlı mövqeyinin müdafiəsində fəallıq göstərildiyini xatırladıb. Gələcəkdə QHT-lərin fəaliyyətinin daha da səmərəli olması üçün dövlət-ictimai əməkdaşlığın genişləndirilməsi və keyfiyyətli layihələrin dəstəklənməsi vacibdir.


QHT-lər əsasən layihə əsasında fəaliyyət göstərirlər. Bu sahədə yeni ideyalar və innovativ yanaşmalar vacibdir. Son beş ildə QHT-lərin fəaliyyəti həm genişlənib, həm də şəffaflaşıb. Prezident İlham Əliyevin çıxışlarında QHT-lərə xüsusi diqqət ayrılması bizə əlavə ruh və motivasiya verir. Əminəm ki, gələcəkdə də QHT-lər dövlətin sosial siyasətinə mühüm töhfə verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

End of content

No more pages to load

RADİO