İsmayıllıda ağır yol qəzası baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media, Aran bürosu