Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olan idmançı Vadim Əkbərov qol gücü (armwrestling) üzrə dünya çempionatında birinci yerə çıxaraq Azərbaycan bayrağını zirvəyə qaldırıb.
Bizim.Media xəbər verir ki, yarış Bakı şəhərində keçirilib.
Çempion axşam saatlarında doğma Gərmətük qəsəbəsinə qayıdıb və kənd sakinləri tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Həmkəndliləri Vadimi təbrik edib, onunla xatirə şəkilləri çəkdiriblər.
Sabutay, Bizim.Media, Cənub bürosu.