“OpenAI” şirkəti “ChatGPT”yə hüquqi və tibbi məsləhətlər verməyi qadağan edib.
Bizim.Media xəbər verir ki, artıq “ChatGPT” istifadəçilərə hüquqi və tibbi mövzularda birbaşa məsləhət verə bilməz.
Bu qadağalarda məqsəd yanlış və ya təhlükəli məlumatların qarşısını almaq, həmçinin peşəkar məsləhətlərin yalnız müvafiq ixtisaslı mütəxəssislər tərəfindən verilməsini təmin etməkdir.
Qeyd edək ki, dünya təcrübəsində artıq “ChatGPT”nin verdiyi məsləhətlər sayəsində xəstəliklərində ağırlaşmalar müşahidə edilən şəxslər var.
Bizim.Media