Gürcüstanda daha bir məmur barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin sabiq müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib.
Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Qeyd edək ki, sabiq nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-yə yaxın ünvanda axtarışlar aparılıb. Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia da saxlanılıb.
Bizim.Media