İsmayıllıda 3,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 18:03-də qeydə alınan yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bizim.Media