Deputat antimilli ünsürlərdən DANIŞDI: Bu şəxslər... - CƏZALARI BELƏ OLACAQ

Son dövrlərdə xaricdə mühacir kimi yerləşərək Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır.
 

Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaq üçün ciddi işlərə başlayıblar və həmin şəxslərin ölkəyə gətirilməsi istiqamətində prosedurlar hazırlanır.


Qeyd olunur ki, bu şəxslərin Azərbaycana gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun hüquqi prosedurlar tamamlanır. 2018–2020-ci illərdə də bu şəxslər cinayət əməllərinə görə beynəlxalq axtarışa verilmişdi, lakin o zaman Avropa ölkələrindən müsbət cavab alınmamışdı.

Hazırda isə hüquqi boşluqların aradan qaldırılması ilə proses tam şəkildə reallaşdırılır.

Hüquqi baxımdan, bu şəxslər Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Onları gözləyən potensial cəzalar arasında ictimai əleyhinə çağırışlar, dövlətçiliyin şantaj və təhqir yolu ilə təhdidi, saxta informasiya yaymaq və xalq arasında nifaq salmaq kimi hərəkətlərə görə inzibati və cinayət məsuliyyəti yer alır.
 

Bu cəzalar qanunun tələblərinə uyğun olaraq həm məhkəmə proseduru, həm də mümkün azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.


Bəs Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədovu Bakıya gəldikdən sonra hansı cəzalar gözləyir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayevin sözlərinə görə, sözügedən antimilli ünsürləri Bakıya gətiriləndən sonra, sözsüz ki, müəyyən məsuliyyət gözləyir.
 

Bu məsuliyyətin dərəcələri müvafiq orqanlar tərəfindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları bunun cavabını verə bilər:


"Bizə məlumdur ki,bu şəxslər xaricdə olarkən Azərbaycanın dövlətçiliyinə və insanların mənəviyyatına ciddi ziyan vura biləcək bəyanatlar veriblər. Onlar bir çox hallarda insanları iğtişaşlara səsləyiblər, dövlətçiliyin əleyhinə olan məsul vəzifəli şəxslərin ünvanına təhqiramiz ifadələr işlədiblər və onları şantaj ediblər".
 

Onun sözlərinə görə, bütün bunlar məsuliyyət tələb edir və belə insanlar məsuliyyətdən kənarda qala bilməzlər:


"Hər bir fakt, hadisə reallığa əsaslanmalıdır və bunun əsası olmalıdır ki, məsələ gündəmə gətirilsin. Lakin bu şəxslər uzun müddət Azərbaycan vətəndaşlarını aldadıb, saxta faktlar ortaya qoyublar. Dövlət əleyhinə çağırışlar edib, insanları ləkələməyə çalışıb və Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstəriblər".
 

Müsahibimiz bildirib ki, Azərbaycan cəmiyyəti inkişaf edir və ölkədə söz və mətbuat azadlığı mövcuddur. Lakin bu o demək deyil ki, hər kəs bu imkanlardan istifadə edərək digər insanların şəxsiyyətini, ailə üzvlərini və yaxınlarını təhqir edə bilər:


"Bu şəxslər Azərbaycan xalqının və dövlətçiliyimizin əleyhinə bütün xoşagəlməz və çirkin vasitələrdən istifadə ediblər. Ona görə də etdikləri hərəkətlərin cavabını mütləq almalıdırlar və bu, digər insanlar üçün də bir mesaj olmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

End of content

No more pages to load

RADİO