Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən gün Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, qərar Səbail Rayon Məhkəməsində verilib.
Qeyd edək ki, İ. Rzayevə 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.
Bizim.Media
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						