Bakı şəhəri Rövşən Nəsirov adına 111 saylı orta məktəbin 2c sinfinin şagirdləri sinif müəllimi Sevda Cavadovanın rəhbərliyi ilə payızın gəlişini xüsusi şənliklə qeyd ediblər.
Bizim.Media xəbər verir ki, şagirdlər bununla bağlı maraqlı kompozisiya hazırlayıblar.
Onlar payız fəslinə uyğun rənglərdə geyimlər geyinib, xüsusi əl işlərini nümayiş etdiriblər.
Şagirdlərin ifasında səsləndirilən mahnılar və şeirlər şənliyə xüsusi rəng qatıb.







Bizim.Media
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						