BİZİM TƏQVİM: Noyabrın ilk günündə baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində hücumarını davam etdirib. İşğalçı Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi, bir piyadaların döyüş maşını, iki BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Bəs, noyabrın 1-də dünyada daha nələr olub?

1. 1 noyabr 644-cü ildə İslamiyyətin 2-ci Xəlifəsi Hz. Ömər Mədinədə sübh namazını qılarkən Əbu Lüləe adlı təcavüzkarın bıcaqla hücumuna məruz qaldı. Təcavüzkar intihar etdi, Hz.Ömər 3 gün sonra dünyasını dəyişdi.

2. 1604-cü ilin noyabr ayının 1-də Şeksprin “Otello” faciəsi ilk dəfə Londonda səhnəyə qoyulub. 

3. 1 noyabr 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda baş verən güclü zəlzələ və sonra yaranan sunami 90 min nəfərin həyatına son qoydu.

4. 1 noyabr 1800-cü ildə ABŞ prezidentlərinin iqamətgahı -Ağ Ev istifadəyə verilib.

5. 1897-ci ilin bu günündə Turin Universitetinin tələbələri İtaliyanın məşhur “Yuventus” futbol klubunun əsasını qoyublar.

6. 1 noyabr 1906-cı ildə “Füyuzat” həftəlik ədəbi, elmi, ictimai-siyasi jurnalının ilk nömrəsi işıq üzü görüb. Jurnal 1906-1907-ci illərdə mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Bakıda nəşr olunub.

7. 1 noyabr 1923-cü ildə Mustafa Kamalın təşəbbüsü ilə Osmanlı İmperiyasında monarxiya rejimi ləğv edildi.

8. 1 noyabr 1928-ci ildə Türkiyədə hərf inqilabı oldu. Ərəbcə rəqəmlər və hərflər ləğv olundu, latın qrafikasından ibarət yeni Türk əlifbası qəbul edildi.

9. 1 noyabr 1945-ci ildə dövlət başçısı İsmət İnönü Türkiyə Böyük Millət Məclisinin açılış iclasında etdiyi çıxışda “Tək əskiyimiz hökumət partiyasının qarşısında başqa partiya olmamasıdır” sözlərilə Türkiyədə çox partiyalı həyata keçiləcəyi mesajını verdi.

10. 1 noyabr 1954-cü ildə Əlcəzair Milli Azadlıq Cəbhəsi Fransız müstəmləkə idarəsinə qarşı Müstəqillik Müharibəsi başlatdı. 8 il davam edən müharibədə fransızlar 1,5 milyon əlcəzairlini qətlə yetirdilər.

11. 1 noyabr 1955-ci ildə ABŞ-da sərnişin təyyarəsi Kolorado yaxınlığında partladı. Nəticədə 44 nəfər öldü. 

12. 1 noyabr 1970-ci ildə Fransada bir rəqs salonunda baş verən yanğında 144 nəfər həyatını itirdi. 

13. 1 noyabr 1998-ci ildə Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.

14. 1 noyabr 1993-cü ildə Avropanın 28 dövlətinin iqtisadi və siyasi birliyinin - Avropa İttifaqının yaranmasını təsbit edən Maastrixt müqaviləsi qüvvəyə mindi.

15.  Azərbaycan Respublikasında Kənd təsərrüfatı işçiləri günüdür. Həmin gün Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib.

Noyabrın 1-də bu şəxsiyyətlər xatırlanır:

1. 1 noyabr 1838-ci ildə filosof, ictimai xadim Cəmaləddin Əfqani (əsl adı Seyid Məhəmməd ibn Səftər, 1838-1897) anadan olub. Əsərlərini ərəb, fars və türk dillərində yazıb. Əfqanıstanda, Hindistanda, Misirdə, ömrünün son illərini isə İstanbulda yaşayıb.

2. 1 noyabr 1923-cü ildə Şair, qəzəlxan Əliağa Bakir (1923-22.5.1998) anadan olub.

3. Türkiyə Cümhuriyyətinin doqquzuncu prezidenti Süleyman Dəmirəl 1 noyabr 1924-cü ildə dünyaya gəlib. 

4. 1 noyabr 1939-cu ildə tanınmış şair, publisist Məmməd İsmayıl anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinə (AzTV) rəhbərlik edib.

5. 1 noyabr 1940-ci ildə Xalq artisti Elmira Şabanova anadan olub. Teatrda, televiziya tamaşaları və kinoda (“Səhər”, “Əsl dost”. “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.

6. 1 noyabr 1944-cü ildə Əməkdar artist Səmayə Musayeva doğulub. Musiqili Komediya Teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.

7. Tanınmış rəssam Rais Rəsulzadə 1 noyabr 1946-cı ildə anadan olub. O Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

8. 1 noyabr 1947-ci ildə Əməkdar artist Telman Əliyev doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb, 2000-ci ildən Akademik Milli Dram Teatrında işləyir. «Yük», «Bizi dağlarda axtarın» filmlərinə çəkilib.

9. 1 noyabr 1956-cı ildə rejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev anadan olub. Bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, “İlahi məxluq”) rejissorudur.

10. Azərbaycan muğam sənətinin dahi simalarından biri, Xalq artisti Seyid Şuşinski 1 noyabr 1965-ci ildə vəfat edib(12 aprel 1889– 1 noyabr 1965).

11. Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev 2020-ci ilin bu günündə şəhid olub.

12. Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov 1 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

End of content

No more pages to load

RADİO