Salyan rayonunda elektrik cərəyanı vurması nəticəsində xəsarət alan gənc xəstəxanada vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev İlqar İlham oğlu yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıq nəticəsində elektrik naqillərinə toxunub və yerə çırpılıb.
Ağır bədən xəsarətləri alan İlqar Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, iki gün sonra dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						