Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı oldu - FOTO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb.

Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
 

Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır.


Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. O cümlədən "Carlovy" violonçel və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan "Petrof" royalları, "Yamaha" pianoları bu musiqi alətləri sırasındadır.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına dəstək baxımından əhəmiyyətindən danışıb.
 

Heydər Əliyev Fondunun mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib.


Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olub.































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür – FOTO

2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür – FOTO

Türkiyənin oyunları bu tarixdə keçiriləcək

Türkiyənin oyunları bu tarixdə keçiriləcək

Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ

Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır

İtaliya millisi dünya çempionatından kənarda qaldı

İtaliya millisi dünya çempionatından kənarda qaldı

TDT-nin Baş katibi Azərbaycana gəldi

TDT-nin Baş katibi Azərbaycana gəldi

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO