Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər” - Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır

"XXI əsrdə əsas qarşıdurmalar sivilizasiyalar və ideologiyalar arasında olacaq”.

"Sivilizasiyaların toqquşması” nəzəriyyəsinin müəllifi Samuel Hantinqton hesab edirdi ki, gələcəyin savaşları mədəniyyət, dəyərlər və ideologiyalar üzərində qurulacaq.

Onun fikrincə XXI əsrdə silahdan çox, media vasitəsilə təsir, mədəniyyət ixracı, dəyərlərin təbliği və informasiyanın manipulyasiyası əsas müharibə vasitələrinə çevriləcək.

Bu gün dünyada ideoloji müstələkiçilik dövrüdür.

Hantinqtonun "Sivilizasiyaların toqquşması” nəzəriyyəsi artıq reallığa çevrilib.



Bu gün böyük güclər "ərazi” deyil, beyin və düşüncə məkanı uğrunda mübarizə aparırlar.

Artıq müharibələr təkcə silah və ordularla deyil, ideyalar, mədəniyyət və informasiya vasitəsilə aparılır.
 

Böyük güclər kiçik ölkələri ələ keçirmək üçün ideologiya yolunu seçirlər - bəzən "demokratiya”, bəzən "insan haqları”, bəzən isə "mədəni inteqrasiya”, bəzən feminizm, bəzən LGBT, bəzən "nowar”çılıq adı altında xalqın düşüncəsini, dəyərlərini və milli kimliyini dəyişdirməyə çalışırlar. Bu gün dünyada ideoloji müstəmləkəçilik dövrüdür.


Bu dövr torpaqları deyil, zehinləri işğal edən bir dövrdür. Kim informasiyanı, mədəniyyəti və ideologiyanı idarə edirsə, dünyanı da o idarə edir.

İdeoloji müstəmləkiçik dövründə Türkiyə modeli:

Türkiyə bu gün dünyada ideoloji savaşların ən ön cəbhəsində dayanan ölkələrdən biridir.
 

2013-cü ildəki Gezi parkı hadisələrindən başlayaraq dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən "paralel strukturlar”, dövlətin içinə sızmış agentlər, radikal müxaliflər, casuslar, xaricdən idarə olunan media şəbəkələri sistemli şəkildə zərərsizləşdirildi.


Yəqin xatırlayırsınız ki, Gezi Parkı hadisələri zahirdə ekoloji etiraz kimi başlayıb, amma qısa zamanda ideoloji və informasiya savaşına çevrildi. O dövrdə daxili radikalların, bəzi müxalif partiyaların, solçu qüvvələrin, xarici agentura şəbəkələrinin və beynəlxalq media qurumlarının dəstəyi ilə "ekoloji aksiya” ən böyük siyasi hərəkata çevrildi.

Hadisələrin əvvəlində məqsəd sadəcə parkda ağacların kəsilməsinə etiraz idisə, qısa zamanda bütün ölkəni bürüyən xaosa çevrildi.



Xarici fondlar tərəfindən maliyyələşən QHT-lər, beynəlxalq media strukturları və xarici diplomatlarla əlaqədə olan yerli aktivistlər, müxaliflər bu prosesi "diktaturaya qarşı xalq üsyanı” kimi təqdim etməyə başladılar.
 

Bu, klassik "rəngli inqilab” ssenarisinə uyğun idi - əvvəl ekoloji, sonra siyasi tələblər irəli sürülürdü. Sorosçu gənclər polisin şırnağı qarşısında dünyaya sevgi, havadalarına isə inqilab mesajı verirdilər. Gezi hadisələri zamanı Twitter, Facebook və YouTube vasitəsilə saxta məlumatlar, manipulyativ videolar və "polis xalqı öldürür” kimi emosional çağırışlar geniş yayıldı.


Türkiyə hökumətinin o dövrdə apardığı araşdırmalara görə, etirazların ilk 10 günü ərzində paylaşılan tvitlərin yüz minlərlə bot hesab tərəfindən yayıldığı və onların böyük hissəsinin xarici IP ünvanlarından göndərildiyi aşkarlandı.

Məqsəd isə aydın idi: Türkiyə cəmiyyətində panika, inamsızlıq və iqtidardan uzaqlaşma hissi yaratmaq və dövləti parçalamaq.

Türkiyə rəhbərliyi Gezi olaylarından sonra çox yaxşı anladı ki, artıq təhlükə təkcə sərhədlərdən gəlmir — beyinlərdən, mediadan və ideoloji manipulyasiyadan gəlir.

Dövlətin təhlükəsizliyini təmin etmək üçün informasiya suverenliyi, milli ideologiyanın qorunması və ideoloji infiltrasiyaya qarşı müqavimət prioritetə çevrildi.

Azərbaycana qarşı yönələn təxribatlar və təhdidlər

Və bu gün elə bir dövrə gəlmişik ki, dünyada elə bir siyasi vəziyyət yaranıb ki, Azərbaycan dövlətinin ideoloji sərhədlərini qorumaq təkcə Dövlətimizin deyil, bütövlükdə hər bir fərdin ən ümdə vəzifələrindən biri olmalıdır.

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası isə dövlətin və hər bir fərdin mənəvi sərhədi və qırmızı xətti olmalıdır olmalıdır.

Hər kəsə bəllidir ki, Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür. Xalqın ümid yeri hər zaman dövlətimiz və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Hətta bu birlik dünyanın bir çox ölkəsinə nümunə sayıla biləcək həddədir.

Ancaq Ramiz Mehdiyev olayı göstərdi ki, daxildə və xaricdəki anti-Azərbaycan qüvvələr təşkilatlanmaq üçün kiçik bir fürsət, zərrə qədər qığılcım axtarır. Onlar hər zaman ayıq-sayıqdırlar, pusqudadırlar.



Azərbaycanda müxalifət olmağı monopoliyaya alan radikallar son 30 ildə istər Rusiyadan, istər İrandan, istər Qərbdən aldıqları təlimatları Azərbaycan dövlətinə qarşı ən çirkin şəkildə həyata keçirməyə çalışıblar. Arzuları ürəylərində qalsa da, niyyətləri heç vaxt dəyişməyib və bu gün də dəyişmir.

44 günlük müharibədən əvvəl Əli Kərimlinin sosial media üzərindən "Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” sözləri ilə Ramiz Mehdiyevin "tarixi Zəfərimizi necə qiymətləndirirsiniz” sualına "mən bu haqda danışmaq istəmirəm” cavabı eyni mərkəzlərin beyin məhsulu deyildisə, bəs nə idi?



Heç şübhəsiz ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılmasından keçən 6 il müddətində AXCP-nin bir aksiya, bir mitinq, bir piket keçirməməsi də təsadüfi deyil. Demək ki, beyin mərkəzləri, tezis verənləri, maliyyə mənbələri bir nöqtədən imiş.
 

Düşünürəm ki, son günlər baş verən proseslərin fonunda, bizə ən yaxın ölkələrdə belə "5-ci kolon”lara qarşı sərt addımlar atılmağa başlandığı indiki mürəkkəb beynəlxalq situasiyada, daxildəki və xaricdəki anti-Azərbaycan ünsürlərin birləşməyə fürsət axtardığı bir vaxtda Azərbaycan dövləti daha qətiyyətli addımlar atmalıdır.


Yazının ilk hissəsində qeyd etdiyim Gezi parkı kimi olayların yaşanmaması üçün Azərbaycan da qətiyyətli addımlar atmalı, lazım gələrsə xaricdən maliyyələşən və xarici qüvvələrin əlində alətə çevrilən AXCP, Müsavat kimi partiyaları birdəfəlik siyasi səhnədən silinməkdən belə çəkinməməlidir. Azərbaycanın ideoloji sərhədi həm də daxili qərarların xarici təsirdən asılı olmaması prinsipidir. Bu prinsipin qorunması isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Hacıbəy Heydərli (Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film müsabiqənin növbəti mərhələsinə keçdi - SİYAHI

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film müsabiqənin növbəti mərhələsinə keçdi - SİYAHI

Zelenski ABŞ rəsmiləri ilə sülh istiqamətində mümkün addımları müzakirə edib

Zelenski ABŞ rəsmiləri ilə sülh istiqamətində mümkün addımları müzakirə edib

End of content

No more pages to load

RADİO