Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyasının ətrafında yaşanan xaos sakinləri narahat edir.
Bizim.Media xəbər verir ki, ərazidə fəaliyyət göstərən taksi sürücülərinin sərnişin götürmək üçün səbəb olduğu səs-küy, həmçinin burada sıxlıq yarandığına görə rahat hərəkətin çətinləşməsi vətəndaşların narazılığına səbəb olur.
"Taksilərin əlindən bezmişik, evimizə gedə bilmirik", "Maşına məcbur oturdub aparırlar", - deyə sakinlər vəziyyətdən narazı olduqlarını bildirirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media