Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu DƏYİŞDİ

Nazirlər Kabineti "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" qərarda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dəyişikliklərlə bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.
 

Bildirilib ki, qaydanın adı dəyişdirilib, "Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında" olacaq.


Hazırda məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə iki aylıq maaş həcmində işdən çıxarma pulu verilir.

Dəyişikliyə əsasən, gələn il yanvarın 1-dən bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək.
 

İndi pensiya almaq hüququ olmadan tərxis edilən, uzun müddət xidməti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə - maaşın yarısı, uzun müddət xidməti dörd il və daha çox olanlara aylıq maaş və dörd ildən əlavə hər il üçün maaşın beşdə biri həcmində işdən çıxarma pulu verilir.


Gələn ildən "pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarma pulu veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür – FOTO

2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür – FOTO

Türkiyənin oyunları bu tarixdə keçiriləcək

Türkiyənin oyunları bu tarixdə keçiriləcək

Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ

Elektron siqaret qadağası QÜVVƏYƏ MİNDİ

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır

İtaliya millisi dünya çempionatından kənarda qaldı

İtaliya millisi dünya çempionatından kənarda qaldı

TDT-nin Baş katibi Azərbaycana gəldi

TDT-nin Baş katibi Azərbaycana gəldi

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO