Məhəllədaxili yolların “YARAŞIĞI” – Özbaşına qoyulan tramplinlər maşınlara və sürücülərə necə ziyan vurur? - FOTO

Tramplinlər məhəllədaxili yolların “yaraşığ”ına çevrilib. Həyətlərdə, uşaq bağçaları və məktəblərin, marketlərin, parkların qarşısında bu tramplinlər sürəti azaltmaq üçün qoyulur.

Düzdür, məhəlləni təlim poliqonu ilə səhv salan yeni sürücülərin, axşamlar uşağını sükan arxasında oturub ona kişilik məktəbinin əlifbasını öyrədən gənc ataların, ələlxüsus da evdən gizlicə açarı götürüb özünü bir şəxsiyyət kimi təsdiqləmək istəyən yeniyetmələrin qarşısını almaqda yaxşı  mübarizə metodudur.

Ancaq belə quruların oduna yaş da yanır axı!

Təpəcik şəklində asfaltın özündən düzəldilmiş bu maneələr onsuz da dar olan məhəllələrdə süni tıxac yaradır. Bəzən isə yola kəsilmiş şalban, ya da yoğun kəndir, boru  atılır. Çox eybəcər görüntü yaranır.  

Bu tramplinlərin çoxu özbaşına quraşdırılıb. Bu cür tramplinlər əksər hallarda sürücüləri caşdırır. Xüsusən də məhəlləyə qonaq gəlmiş sürücülər, yaxud sərnişin gətirən taksiləri peşman edir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, tramplinlərin quraşdırılması yalnız yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan aidiyyəti qurumların razılığı ilə həyata keçirilməlidir. Bu kimi qurğuların quraşdırılması üçün bütün əlaqədar qurumların razılığı mütləqdir. Nəzərə alsaq ki, qanunvericilikdə süni maneə nəzərdə tutulmayıb, odur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnə bilər.

Nəqliyyat üzrə ekspert Nüsrət Hacıyevin sözlərinə görə, tramplin əgər razılaşdırılaraq yerləşdirilibsə, onu düzgün keçməklə bağlı, yaxud da nabələd sürücüləri xəbərdar etmək üçün sürət həddinin azaldılmasını göstərən yol nişanı olmalıdır:

“Bunu görən sürücü qabaqcadan sürətini azaldır, bununla da arxasınca gələn maşınlara işarə olur. Əks halda tramplini görən sürücü ya qəfil əyləci basacaq ki bu da qəzaya səbəb ola bilər, ya da sürətlə keçdiyində zamanla maşının amartizatorlarda, əyləc sistemində, üstlüyündə (nakladka)  tədricən aşınmalar və digər problemlər yaranacaq”.







Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beyləqandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Beyləqandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

“Ordu” “Lənkəran”ı MƏĞLUB ETDİ

“Ordu” “Lənkəran”ı MƏĞLUB ETDİ

"Taksilərdən bezmişik, maşına məcbur oturdub aparırlar" - "20 Yanvar"da XAOS/VİDEO

"Taksilərdən bezmişik, maşına məcbur oturdub aparırlar" - "20 Yanvar"da XAOS/VİDEO

Ərdoğan o hakimlər haqda istintaqdan DANIŞDI

Ərdoğan o hakimlər haqda istintaqdan DANIŞDI

Beyləqanda iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı - FOTO

İsraildə etirazlar başladı, ölkə bayrağı yandırıldı - VİDEO

İsraildə etirazlar başladı, ölkə bayrağı yandırıldı - VİDEO

Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ - VİDEO

Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ - VİDEO

Bu gündən sonra nəhayət, 4 bürc üçün hər şey YAXŞI OLACAQ

Bu gündən sonra nəhayət, 4 bürc üçün hər şey YAXŞI OLACAQ

Onun adını indi oğlu daşıyır... - Şəhid Nahid Mikayılovun HƏYAT HEKAYƏSİ – FOTO

Onun adını indi oğlu daşıyır... - Şəhid Nahid Mikayılovun HƏYAT HEKAYƏSİ – FOTO

Zaxarova: “Moskva və Bakı Rusiya vətəndaşlarının geri qaytarılması üçün əsaslı dialoq aparır” - VİDEO

Zaxarova: “Moskva və Bakı Rusiya vətəndaşlarının geri qaytarılması üçün əsaslı dialoq aparır” - VİDEO

Serbiya millisində yeni BAŞ MƏŞQÇİ

Serbiya millisində yeni BAŞ MƏŞQÇİ

Dirijor Rauf Abdullayev xəstəxanaya YERLƏŞDİRİLDİ

Dirijor Rauf Abdullayev xəstəxanaya YERLƏŞDİRİLDİ

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi sona çatdı - FOTO/VİDEO

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi sona çatdı - FOTO/VİDEO

Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu DƏYİŞDİ

Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu DƏYİŞDİ

Bakının 14 küçə və prospektində TIXAC VAR

Bakının 14 küçə və prospektində TIXAC VAR

Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI

Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI

Bu sahədə çalışanların xidməti geyim formaları TƏSDİQLƏNDİ

Bu sahədə çalışanların xidməti geyim formaları TƏSDİQLƏNDİ

Hande Erçel Devid Bekhemlə eyni REKLAMDA

Hande Erçel Devid Bekhemlə eyni REKLAMDA

"Dalğa Arena" niyə təmirə bağlanıb? – AÇIQLAMA

"Dalğa Arena" niyə təmirə bağlanıb? – AÇIQLAMA

Bağçada azyaşlıya şiddət göstərildi – VİDEO

Bağçada azyaşlıya şiddət göstərildi – VİDEO

Türkiyə sərhədində çəkilən beton divarların uzunluğu AÇIQLANDI

Türkiyə sərhədində çəkilən beton divarların uzunluğu AÇIQLANDI

Bakı avtovağzalında biletlərlə bağlı YENİLİK

Bakı avtovağzalında biletlərlə bağlı YENİLİK

“Hamilə olduğunu toydan bir həftə əvvəl bildik” – 17 yaşlı Əfsanə ilə bağlı valideynlərdən SENSASİON AÇIQLAMA

“Hamilə olduğunu toydan bir həftə əvvəl bildik” – 17 yaşlı Əfsanə ilə bağlı valideynlərdən SENSASİON AÇIQLAMA

Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi

Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi

End of content

No more pages to load

RADİO