Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", "VAZ-2106" və "Hyundai" markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. (Report.az)





Bizim.Media