Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı reallaşıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bu vəzifəyə Samirə Kazımova təyin edilib.
Qeyd edək ki, Samirə Kazımova bu təyinata qədər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.
Xatırladaq ki, Şəmkir Regional Xəstəxanası bu ilin avqust ayında istifadəyə verilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu