Ağstafada kafedə çalışan qadın bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü E.Kiçikova kafedə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media