Bu gün səhər şimal bölgəsinin dağlıq kəndlərinə payızın ilk qarı yağıb.
Ekologiya və,Təbii Sərvətlər Nazirliyinin Qubadakı şimal-şərq regional Hidrometeroloji Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar Qrız kəndinə yağıb: 10 sm.
Havanın temperaturu isə -2,1-dərəcəyə enib.
Qubanın Xınalıq, Buduq, Qalaxudat, Qusarın Ləzə kəndlərinə də qar düşüb.
Xınalıqda qarın hündürlüyü 9 sm, havanın temperaturu isə -2,5 dərəcə olub.
Ən çox soyuq hava isə Ləzə kəndində qaydə alınıb: -1 dərəcə. Bu yaşayış məntəqəsinə 3 sm də qar düşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu