Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir

Evdə baş verən yanğınların ən böyük səbəblərindən biri, gecə yatmazdan əvvəl cərəyanda unudulan elektrik cihazlarıdır.

32 illik təcrübəyə malik yanğınsöndürən, xüsusilə mətbəxdə tez-tez istifadə olunan bəzi cihazların fərqinə varılmadan ciddi təhlükə yaratdığını bildirib.

Bizim.Media xəbər verir ki, televizor, kompüter və ya telefon şarj cihazı adətən riskli cihazlar arasında ilk ağla gələnlərdir. Lakin mütəxəssislərə görə, əsil təhlükə mətbəxdəki cihazlardadır.
 

Tost aparatları, çörək qızardıcılar və elektrikli (su) qızdırıcılar cərəyanda qaldıqları müddətcə elektrik cərəyanı almağa davam edir. Bu cihazların içərisində yığılan çörək qırıntıları istilik yayıcı hissələrin (rezistorların) təsiri ilə asanlıqla alovlana bilir.


Bu səbəbdən, xüsusilə gecə saatlarında bu cihazların cərəyanda qalması yanğın riskini ciddi şəkildə artırır.

Bu cihazlar sönülü vəziyyətdə olsalar belə, içərisindəki müqavimət hissələri uzun müddət isti qala bilir və ətrafdakı yanıcı maddələri alışdıra bilər. Kiçik görünən bu səhlənkarlıq bir neçə dəqiqə ərzində bütün mətbəxi alova bürüyə bilər.
 

Uzun illərdir yanğınlarla mübarizə aparan təcrübəli yanğınsöndürənlər bildirir ki, bir çox ev yanğınının səbəbi "cərəyanda unudulan naqillər" olur.


Yatmazdan əvvəl qısa bir yoxlama turu edib, bütün naqilləri və cihazları nəzarətdən keçirmək həm can, həm də mülk itkisini qabaqlaya bilər.

Mütəxəssislər həmçinin bildirir ki, mətbəxdə elektrik cihazlarının ətrafında yanıcı maddələr yığılmamalıdır.
 

Cihazların təmiz saxlanması, kabellərin zədələnməməsi və köhnə uzun paylayıcıların istifadə edilməməsi xüsusi əhəmiyyət daşıyır. Bu cür sadə tədbirlər, xüsusilə gecə saatlarında baş verə biləcək yanğın riskini xeyli azaldır.


Yanğınsöndürənlərə görə, gecə baş verən yanğınlar ən ölümcül olanlardandır. İnsanların yuxuda olması səbəbindən duman sürətlə yayılır və şüurun itirilməsinə gətirib çıxarır.

Buna görə də axşam saatlarında:

Bütün elektrik bağlantılarını çıxarmaq,

Avtomatik sığorta sistemlərindən istifadə etmək,

Mətbəxdə heç bir cihazı cərəyanda qoymamaq həyati əhəmiyyət daşıyır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

End of content

No more pages to load

RADİO