5 il öncə BU GÜN – 29 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

Bu gün ikinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 29 oktyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edir:

Əkram Abdullayev


21 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olub. 2016-ci ildə şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi bitirib. 2017-2019-cu illərdə N saylı hərbi hissədə xidmət edib.

2019-cu ildə yenidən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət etməyə başlayıb.

Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusunun əsgəri Əkram Abdullayev Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Laçın uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Əkram Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Nihad Babayev


1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 18 yaşında isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olunub.

2012-ci ildə "leytenant" rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə təlim kursunu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib.

Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilirdi.
 

Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək, Qarabağda döyüşlərə qatılması üçün xahiş edib.


Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib.

Qəhrəmanımız oktyabrın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Şəhid Nihad Babayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" , “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

Seymur Abasov


10 avqust 1999-cu ildə Cəlilabad rayonunun Buravar kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanıb, Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirib.

29 sentyabr 2020-ci ildə Seymur Abasov könüllü olaraq erməni işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qatılıb.
 

Cəbrayıl, Füzuli döyüşlərində vuruşub. Tağım komandiri olaraq xidmətini davam etdirən Seymur Abasov 29 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Qadir Heydərov


11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulub. O, Bakı şəhərindəki 59 saylı məktəbdə 5-ci sinfə qədər oxuduqdan sonra təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı tam orta məktəbdə davam etdirib və həmin məktəbi 2016-cı ildə bitirib. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq eve qayıdıb.
 

Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.


Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlının adsız yüksəkliklərində snayperlə başından vurulub, Vətəni uğrunda şəhid olub.

Qadir ailənin tək oğlu idi, nişanlı idi. 22 yaşlı şəhid Qadir Heydərov Abşeron rayonundakı Mehdiabad qəsəbəsində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda”, “ "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

End of content

No more pages to load

RADİO