“Mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir” - “Bolmart”ın rəhbərindən AÇIQLAMA - FOTO - VİDEO

“Bolmart” mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.

O, son günlər mətbuatda “Bolmart” mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Ramil Məmmədli bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətəuyğun deyil.

O, lakin bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını söyləyib:

““Bolmart” artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir”.

İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır:

“Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir.

Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası — 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil”.

R.Məmmədli vurğulayıb ki, “Bolmart” Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir:

“Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda “Bolmart” mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir”.
 

“Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub.


Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək”, - icraçı direktor əlavə edib.

R.Məmmədli sonda bir daha vurğulayıb ki, “Bolmart” mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:

“Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır”.










Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

End of content

No more pages to load

RADİO