Elton Məmmədov 3 milyonluq yeyintini boynuna almır

Sabiq deputat Elton Məmmədov 3 milyon manata yaxın dövlət vəsaitini mənimsəməsi haqda ittihamlar münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...


Bizim.Media xəbər verir ki, E.Məmmədov sözügedən məsələ ilə bağlı Manşet.az saytının suallarını cavablandırıb.

- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.

- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır.

- Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?

- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm.

Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar–fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm.

Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.

- Sonradan yeyinti olan məbləğin istintaq müddətində geri qaytarıldığı da qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?

- Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın. Mən özüm barədə deyə bilərəm ki, heç bir qanun pozuntusuna yol verməmişəm. AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır.

- Siz hazırda AMEA-da çalışırsınız? Hansı vəzifədəsiniz?

- Bəli, mən hazırda AMEA-da çalışıram. Sosial xidmətlər şöbəsinin müdiriyəm. Ona görə də hüquqi dövlətdə hər şey qanun çərçivəsində həll olunacaq. Nə qədər sağlam məlumatlar ötürülsə, ictimaiyyət də sağlam məlumatlar alar.

Qeyd edək ki, “qafqazinfo.az” Elton Məmmədov barəsində cinayət təqibi aparıldığı ilə bağlı məlumat yayıb.
 

Sabiq deputat mənimsədiyi 3 milyon manata yaxın vəsaiti büdcəyə qaytardığından məsələ məhkəmə müstəvisinə daşınmayıb. Amma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AMEA-dakı qanun pozuntuları ilə bağlı araşdırmalar davam edir.


Onu da qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Qardaşların ikisinin də dövlətə xəyanət və başqa cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

End of content

No more pages to load

RADİO