İsmayıllıda 1 yaşlı uşaq su quyusuna düşərək vəfat edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan qızı həyətyanı sahədə su quyusuna düşərək dünyasını dəyişib.
Azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu