Vətən müharibəsinin XRONİKASI: 30 oktyabr – VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bizim.Media Vətən müharibəsinin 34-cü gününün xronikasını təqdim edir.

• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd Su-25 təyyarəsi, üç ədəd T-72 tankı, bir PDM, iki ədəd “Smerç” və bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, iki ədəd “Qvozdika” özüyeriyən haubitsası, bir ədəd “Osa” ZRK, bir ədəd P-18 radiolokasiya stansiyası, dörd ədəd avtomobil texnikası sıradan çıxarılıb.

• AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.

• Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki “Smerç” sistemi, bir ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib.

• Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.

• Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb.

• İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu zastavalar xidməti-döyüş fəaliyyətinə başlayıb.



Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

End of content

No more pages to load

RADİO