Ötən gecə Sumqayıt şəhərində zibildaşıyan maşın yanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən fakt təsdiqlənib:
 
"Hadisə ötən gecə saat 23:00-da Sumqayıt şəhərinin N.Nərimanov küçəsində, 34-cü məhəllədə baş verib. "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
 
Sumqayıt şəhər Təmizlik departamentindən isə bildirilib ki, qeyd olunan zibildaşıyan nəqliyyat vasitəsi təxminən 10 il xidmət göstərib:
"Yanğın maşının tullantı olan hissəsində baş verib, alov operativ şəkildə söndürülüb və maşına ciddi zərər dəyməyib". (Oxu.az)
Bizim.Media
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						