Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, narkokuryerlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Tapdıq Zeynalov rayonun Sım kəndi ərazisində saxlanılıb.
Həmin şəxsin olduğu avtomobildən qaçaqmalçılıq yolu ilə xaricdə yaşayan narkotacirdən əldə etdiyi 8 kiloqram marixuana aşkarlanaraq götürülüb.
T.Zeynalovun həmin narkotik vasitəni maddi qazanc qarşılığında paytaxt ərazisində deyiləcək ünvana çatdırmaq barədə sövdələşdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media