Zaqatalanın Aşağı Tala kəndində yerləşən Adil Həmzəyev küçəsində sakinlərin narahatlığına səbəb olan zibil problemi artıq həllini tapıb. Bu gün yerli polisin də müşayiəti ilə ərazidəki antisanitar vəziyyət aradan qaldırılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir müddət öncə küçə sakinləri ərazidə tullantıların yığılması və baxımsızlıqdan şikayət ediblər. Məsələ ictimailəşdirildikdən dərhal sonra aidiyyəti qurumlar hadisəni nəzarətə götürüb və əraziyə xüsusi təmizlik briqadası cəlb olunub.
Nəticədə küçədə toplanmış məişət tullantıları daşınıb və ətraf abadlaşdırılıb.
Hazırda Adil Həmzəyev küçəsində səliqə-səhman bərpa olunub, tullantıların vaxtında yığılması üçün mütəmadi nəzarət sistemi tətbiq edilir.

Bizim.Media