Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyev dəfn edildi – FOTO

Oktyabrın 28-də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevin dəfn mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsindəki qəbiristanlıqda təşkil olunan mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Mərsim zamanı itkin şəhidin qardaşı Əhəd Abdulla haqqında xatirələrini bölüşərkən deyib:“Bu gün bizim üçün həm kədərli, həm də qürurverici gündür. 33 il əvvəl Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən, bu gün isə nəşi tapılaraq Vətən torpağına tapşırılan qardaşımın ruhu qarşısında baş əyirəm. O illər çox çətin idi. Hər şey gözlənilmədən baş verdi.
 

Müharibənin yaratdığı qarışıqlıq, məlumat çatışmazlığı səbəbindən biz uzun illər onun taleyindən xəbər tuta bilmədik. Lakin Vətənimizin güclənməsi, dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün şəhidimizin nəşinə qovuşduq. Allah dövlətimizi və Ordumuzu qorusun. Qardaşım Abdulla sadə, lakin qürurlu bir insan idi. O, Vətəni hər şeydən üstün tuturdu. Ailəmiz üçün böyük bir dayaq, el-obamızdan ötrü isə əsl mərdlik nümunəsi idi.


Onun yoxluğu illərlə qəlbimizdə böyük bir yara kimi qaldı. Bu illər ərzində çox əzablar, sınaqlar gördük. Lakin bu gün, 33 il sonra onun şəhid kimi torpağa qovuşması bizim üçün həm təsəlli, həm də qürur mənbəyidir. Qardaşımın ruhu artıq rahatdır, çünki Vətən torpaqları azaddır. Mən bütün şəhid ailələrinə səbr, qazilərimizə isə sağlamlıq arzulayıram. Qardaşımın xatirəsi bizim üçün hər zaman müqəddəs olacaq”.

İtkin şəhidin bacısı Xədicəxanım Əliyeva mərasimdə çıxış edərək qardaşı haqqında duyğusal xatirələrini bölüşüb. O, qardaşının məsuliyyətli, mərd və fədakar bir insan olduğunu qeyd edib:

“Abdulla uşaqlıqdan cəsarətli, qayğıkeş və vətənpərvər idi. Mən onun necə böyüdüyünü, necə formalaşdığını gözlərimlə görmüşəm. Elə bil ki, o, Vətən üçün doğulmuşdu. O, könüllü şəkildə müharibəyə yollandı. Anamız ona “getmə” desə də, Abdulla demişdi ki, əgər mən getməsəm, kim gedəcək, beləcə, heç bir tərəddüd etmədən cəbhəyə yola düşdü”.

O bildirib ki, Abdulla onun üçün təkcə qardaş deyil, həm də mənəvi dayaq olub. “Onun itkisi bütün ailə üçün ağır zərbə olub. Lakin şəhid kimi xatırlanması bu ağrını bir qədər yüngülləşdirir.

Müharibənin ilk günlərində onun haqqında xəbər ala bilmədik. Hər gün ümidlə gözləyirdik. Mən bir gecə yuxuda onu gördüm, əlimi tutdu, barmağımı sıxdı. O an anladım ki, artıq bizdən uzaqlaşıb. Üç gün sonra isə xəbər gəldi: Abdulla şəhid olub. O, yaralı vəziyyətdə döyüş meydanında qalıb, amma son ana qədər döyüşüb. Bu gün isə onun ruhu rahatdır, çünki uğrunda döyüşdüyü torpaqlar azaddır. Dövlətimizə, Ordumuza və şəhidlərimizin ruhuna borcluyuq. Hər kəsin diqqəti, qayğısı bizim üçün böyük təsəllidir”, - deyə o diqqətə çatdırıb.

Şəhidin bacısı Sevda İsayeva da mərasimdə çıxış edərək, uzun illər qardaş həsrəti ilə yaşamağın ağrısını, eyni zamanda, onun nəşinə qovuşmağın yaratdığı təsəllini dilə gətirib:

“Tam 33 il qardaşımın itkin olması xəbəri ilə yaşadıq. Bu illər bizim üçün həm ağrılı, həm də ümidsiz idi. Gözlərimiz daim yolda, qulaqlarımız səsdə idi. Hər qapı döyüldükdə ümid edirdik ki, bəlkə Abdulla qayıdacaq. Bu hissi yalnız itkin ailələri anlayarlar”.

O deyib ki, qardaşının nəşinin tapılması və şəhid kimi torpağa tapşırılması ailə üçün böyük mənəvi rahatlıq gətirib: “Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın, Ordumuzun, şəhidlərimizin və qazilərimizin sayəsində torpaqlarımız azad olundu. Qardaşımın da qanı yerdə qalmadı. Bu gün bizim üçün kədərin içində təsəlli günüdür. Çünki gedib baş əyməyə, dua etməyə, çiçək qoymağa bir məkanımız var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun! Qardaşım Abdulla, rahat yat! Sənin canından, qanından keçib, azad etdiyin torpaqlar bu gün bizimdir. Sənin ruhun artıq azad Qarabağın üzərində dolaşır. Qürur duyuruq ki, sən bu Vətənin qəhrəman oğullarındansan”, - deyə o vurğulayıb.

Sevda İsayeva dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid A. Quliyev 1968-ci il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib və 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu. A. Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

End of content

No more pages to load

RADİO