Konstitusiya Məhkəməsinin iclasında Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci və 218.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru F.Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.


Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi, 71-ci maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin müddəalarından irəli gələrək, həmin Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində müəyyən edilən əsaslarla cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrıldıqda istintaq müddətinin axımı ilkin cinayət işinin başlandığı gündən hesablanır.
 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrılmış cinayət işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi (yeni cinayət işi başlanıldığı) gündən hesablanır.


Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

End of content

No more pages to load

RADİO