Turalın hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb... – FOTO

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 1 aydır ki, itkin düşüb. Bununla bağlı bir neçə gündür ki, sosial şəbəkələrdə məlumatlar yayılır. 

Bizim.Media 27 sentyabrdan bəri itkin düşən 33 yaşlı həkimin əmisi qızı, jurnalist Ağanisə Sultan “Qafqazinfo.az”a onun haqda detalları açıqlayıb. 

A.Sultan qeyd edib ki, əmisi oğlu “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində çalışıb:

“Turalı özləri dəvət etmişdi. Daha əvvəl 5 il orada çalışmışdı, sonra oxumaq üçün Almaniyaya getdi. Bu ilin aprel ayı olardı, yenidən həmin gəmidə işləməyə başladı. Peşəkar idmançı idi, üzməyi çox yaxşı bacarırdı. Gəmidə işləməyi də özü seçmişdi. Əmim istəyirdi ki, oğlu tanınmış həkim olsun. 33 illik ömrü oxumaqla, öyrənməklə, təhsilini davam etdirməklə keçdi, 4 xarici dili ana dili kimi bilirdi.


Subay idi və yenicə ev almışdı. Hadisədən iki gün öncə anasına da tapşırmışdı ki, qayıdandan sonra birlikdə ev üçün əşyalar alsınlar. İş yoldaşları ilə də münasibəti çox yaxşı idi, indi də onlarla danışırıq. Gəmiyə gedəndə də həmişə öz kitablarını aparırdı. “Azərbaycandan başqa heç yerdə yaşaya, qala bilmirəm, darıxıram, dənizdə işləməyi sevirəm”, - deyirdi. Çox sevdiyi dəniz onu bizdən aldı...”

Ağanisə Sultan əlavə edib ki, Turalın axtarışları hadisə baş verdiyi gündən bəri davam edir:

“Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib və müddətdən artıq aparılıb. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib. Tək istəyimiz axtarışların nəticə verməsi və Turalın tapılmasıdır. Ağlımıza başqa bir ehtimal gəlmir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) belə cavab verildi:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən helikopter də cəlb olunmaqla axtarış işləri aparılıb, lakin nəticə əldə olunmayıb. Hazırda axtarışlar müvafiq qaydada davam etdirilir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Son sutkada İrana 140 aviazərbə endirdilər

Son sutkada İrana 140 aviazərbə endirdilər

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO