BİZİM TƏQVİM:28 oktyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun  Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini Ermənistanın işğalından azad edib.

Eyni zamanda Ermənistan Silahlı Qüvvələri Tətrər rayonunun mərkəzini, qəsəbə və kəndlərin artilleriya, raket və kasst bombalı silahlarla bombardıman edib.

Bəs, oktyabrın 28-də dünyada daha nələr olub?

1. 28 oktyabr 1492-ci ildə İspaniyalı dəniz səyyahı Xristofor Kolumb Kuba adasını kəşf edib.

2. 28 oktyabr 1636-cı ildə Amerikanın ilk universiteti olan Harvard Boston şəhərində quruldu.

3. 28 oktyabr 1886-cı ildə ABŞ-ın Nyu-York ştatında fransız heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış “Azadlıq heykəli”nin (“Dünyanı işıqlandıran azadlıq”) rəsmi açılışı olub. 

4. 28 oktyabr 1923-cü ildə Qazi Mustafa Kamal Çankaya Köşkündə verdiyi şam yeməyində millət vəkillərindən bəzilərinə “Cümhuriyyəti elan edəcəyik” açıqlamasını verdi və yeni qurulan dövlətin siyasi rejiminin Cümhuriyyət olacağının müjdəsini verdi. Mustafa Kamal Paşa və İsmət İnönü Konstitusiyada “Türkiyə Dövlətinin hökumət şəkli Cümhuriyyətdir” maddəsinin yer alması barədə razılığa gəlib.

5. 28 oktyabr 1938-ci ildə Ankara radiosu Sihhiyədəki tarixi binasında fəaliyyətə başladı. Cümhuriyyətin qurulmasının 15-ci ildönümünə təsadüf edən açılış üçün 3 gün davam edən xüsusi yayım oldu.

6. 28 oktyabr 1941-ci ildə Litvada alman əsgərləri 9 mindən çox yəhudini Kaunas şəhərinin meydanında güllələdi.

7. 28 oktyabr 1962-ci ildə Sovet İttifaqı lideri Nikita Kruşçev Kubadakı raket bazalarını qaldıracaqlarını açıqladı, dünyanı nüvə müharibəsinin astanasına gətirib çıxaran “Kuba raket böhranı” başa çatdı.

8. 28 oktyabr 1984-cü ildə Çin Kommunist Partiyası ölkə iqtisadiyyatını nizamlamaq üçün məhdud da olsa sərbəst təşəbbüs və rəqabətə icazə veriləcəyini açıqladı.

9. 28 oktyabr 1995-ci ildə Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda dəhşətli yanğın baş verib. Tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. 

10. 2008-ci ilin bu günündə Rusiyanın Moskva şəhərindəki P.İ.Çaykovski adına konsert salonunda zəmanəmizin görkəmli musiqi xadimi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilib.

11. 28 oktyabr 2009-cu ildə Pakistanın Pəşavər şəhərində minalanmış avtomobillə edilən hücumda 105 nəfər öldü, 200-dən çox insan isə yaralandı.

12. 28 oktyabr - Beynəlxalq Animasiya Günüdür (International Animation Day). Bu tarix 2002-ci ildən etibarən, Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun ilk nümayişinin 110 illik yubileyi münasibətilə təsis olunub. İxtiraçı “optik teatr” adlanan bu cihaz vasitəsilə əllə çəkilmiş rəsmləri hərəkətə gətirib.

Oktyabrın 28-də bu şəxsiyyətlər xatırlanır:

1. 1911-ci ilin bu günündə Xalq yazıçısı, dramaturq, Beynəlxalq Nehru mükafatı və Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, akademik Mirzə İbrahimov anadan olub (1911-1993).

2. 28 oktyabr 1927-ci ildə tanınmış tarzən Şirin Məşədi Hüseyn oğlu Axundov (1878-1927) vəfat edib. Bir çox ustad xanəndələri müşayiət edib.

3. 28 oktyabr 1941-ci ildə kinooperator Vaqif Muradov anadan olub. “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. filmlərdə iştirak edir. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatoru olub.

4. 28 oktyabr 1955-ci ildə “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri Bill Geytsin doğum günüdür. O, 2008-ci ilin iyununda şirkətin idarə heyəti sədrliyindən istefa verib.

5. 28 oktyabr 1957-ci ildə Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957 – 16.11.2000) Malatyada anadan olub. 

6. Azərbaycan baş leytenantı, Milli Qəhrəman Çingiz Babayev 28 oktyabr 1995-ci ildə vəfat edib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

End of content

No more pages to load

RADİO