Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkənlərin ifadələri ELAN OLUNDU

Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.

Bizim.Media xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs - “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsində müqavilə əsasında işləyən sürücü Seyidov Nadir Bədir oğlu ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb.

Partlayış nəticəsində o və Renad Ağababayev xəsarət alıblar.

Zərərçəkmiş şəxs Zeynalov Bəykişi Musa oğlunun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evdə olarkən evin damına Ermənistan silahlı qüvvələrinin atdığı mərmi düşməsi nəticəsində bədən xəsarətləri alıb, evi əşyarlarla birlikdə yararsız hala düşüb.
 

Növbəti ifadələrdə qeyd olunub ki, zərərçəkmiş şəxs Həsənov Mehman Fikrət oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəş nəticəsində bədən xəsarətləri alıblar.


Elan olunan digər ifadələrə əsasən, zərərçəkmiş şəxs Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Növbəti ildən məktəblərdə Çin dili tədris olunacaq? – Rəsmi AÇIQLAMA

Növbəti ildən məktəblərdə Çin dili tədris olunacaq? – Rəsmi AÇIQLAMA

Səma bu görüntülərinə görə işdən qovula bilər - Nazirdən açıqlama – VİDEO

Səma bu görüntülərinə görə işdən qovula bilər - Nazirdən açıqlama – VİDEO

Bərdədə AĞIR QƏZA – Mal-qara daşıyan yük maşını aşdı – FOTO

Bərdədə AĞIR QƏZA – Mal-qara daşıyan yük maşını aşdı – FOTO

Evində bir neçə nəfər qeydiyyatda olanların nəzərinə

Evində bir neçə nəfər qeydiyyatda olanların nəzərinə

Uğursuzluq yaşayan bu bürclərin bəxti açıldı - Pul axını olacaq

Uğursuzluq yaşayan bu bürclərin bəxti açıldı - Pul axını olacaq

2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI

2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ – 2026-cı ildə...

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ – 2026-cı ildə...

Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO

Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO

BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

"Artıq istəmirəm mənə “sənətkar” desinlər"

"Artıq istəmirəm mənə “sənətkar” desinlər"

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO