Şirvan şəhərində oğurluq hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini olan bir qadının içərisində 5 250 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən G.Əkbərova saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır. (Oxu.az)
Bizim.Media