Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə şəhərin Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt Tibb Mərkəzi yayıb.
Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.
Qeyd edək ki, idarəetmədən çıxan "Mercedes" markalı minik avtomobili divara çırpılıb. Nəticədə 6 yeniyetmə xəsarət alıb.
Xatırladaq ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. (Report.az)
Bizim.Media