Gəncədə yol-nəqliyyat hadisəsi 69 yaşlı kişinin ölümünə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində baş verib.
Qəza zamanı 1956-cı il təvəllüdlü Natiq Bağırov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.