Gəncədə 28 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini, 1997-ci il təvəllüdlü S. Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir.
28 yaşlı şəxsə hansı şəraitdə və kim tərəfindən xəsarət yetirildiyi hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu